"Alaves" də La Liqanı tərk edir

16.05.2022 15:18 449
Dünya futbolu
İspaniya La Liqasında 37-ci turdan sonra çempionatı tərk edəcək daha bir komandanın adına aydınlıq gəlib.

"Football-plus.az" xəbər verir ki, bu, "Alaves"dir. Ötən gün "Levante"yə 1:3 hesabı ilə uduzan "Alaves" 31 xalla 20-ci pillədədir. 17-ci pillədə qərarlaşan "Kadis"in isə 36 xalı var.

Qeyd edək ki, daha əvvəl "Levante"nin elitanı tərk edəcəyi bəlli olmuşdu. Aşağı liqaya düşəcək 3-cü komanda son turun oyunlarından sonra bilinəcək.