İvan Perişiç böyük ehtimalla yayda klubunu dəyişəcək.
“İnter”dən ayrılmaq üzrə olan yarımmüdafiəçi “Çelsi”yə keçidin biraddımlığındadı. Təcrübəli futbolçunun İngiltərə klubu ilə praktiki olaraq razılığa gəldiyi məlum olub.
Perişiçin milanlılarla müqaviləsinin müddəti cari mövsümün sonuna qədər nəzərdə tutulub. Klubundan yeni təklf almayan İvan tezliklə azad agent statusu qazanacaq.