“Tottenhem” heyətinə iki yeni oyunçu cəlb etmək üzrədi.
“Sauthempton”un qapıçısı Freyzer Forster İngiltərə klubuna azad agent kimi keçməyə yaxındı. İngiltərə millisinin oyunçusu artıq London klubunda tibbi müayinədən keçib. Müqavilənin yaxın günlərdə rəsmiləşəcəyi bildirilir. 34 yaşlı qapıçının “Sauthempton”la müqaviləsi bu yay qüvvədən düşəcək.
İvan Perişiçin yolu da Londonadı. “The Independent” qəzeti “İnter” ilə müqaviləsi yenilənməyən xorvat yarımmüdafiəçinin artıq “Tottenhem”lə anlaşdığını xəbər verib. 33 yaşlı futbolçunun londonlularla 2 illik sözləşmə imzalayacağı bildirilir.