"Tik-tok" futbol üzrə Avropa çempionatının sponsoru olub

12.05.2022 17:09 385
Dünya futbolu
"Tik-Tok" sosial şəbəkəsi bu il İngiltərədə keçiriləcək futbol üzrə qadınlar arasında Avropa çempionatının rəsmi sponsoru olub.

"Football-plus.az" xəbər verir ki, Avropa futbol qurumu yarış vaxtı sosial şəbəkə ilə əməkdaşlıq edəcək.

AVRO-2022-dən əvvəl "Tik-Tok"da yarışın rəsmi səhifəsi istifadəyə veriləcək və eksklüziv görüntülər təqdim olunacaq.

Qeyd edək ki, Avropa çempionatı 6 - 31 iyulda gerçəkləşəcək.