Ən yaxşı futbolçu seçildi, rekord qırdı

11.05.2022 20:13 489
Dünya futbolu
"Leypziq"in hücumçusu Kristofer Nkunku Bundesliqada aprel ayının ən yaxşı futbolçusu seçilib.

"Football-plus.az" xəbər verir ki, 24 yaşlı fransız bununla da mövsüm ərzində 4-cü dəfə bu ada layiq görülmüş olub.

Bundesliqa tarixində ilk dəfədir ki, bir futbolçu eyni mövsümdə 4 dəfə ayın ən yaxşısı seçilir.

Fransa millisinin üzvü 2019-cu ildə PSJ-dən "Leypziq"ə keçib.