Rəqibin ölkəmizə səfərinin baş tutmaması səbəbindən qarşılaşma təxirə salındı. Yığmanı qarşıda 3 vacib seçmə mərhələ görüşü gözləyir. Görəsən, təlim-məşq toplanışında olan Milan Obradoviçin komandası yoxlama oyunu keçirəcək? Küveyt yığması Azərbaycana niyə gələ bilməyib? Bu sualları AFFA-nın Mətbuat və İctamaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdullaya ünvanladıq. Qurum rəsmisinin məsələ ilə bağlı “Football-plus.az” saytına açıqlaması belə oldu:
“Küveyt yığması ilə oyunun əvəzinə hansısa komanda ilə yoxlama görüşünün keçirilməsi nəzərdə tutulmayıb. Rəqib ölkəmizə gəlməməsi ilə bağlı bizə rəsmi elektron məktub ünvanlamışdı. Texniki problemin olduğu qeyd olunub. Yəni problem özlərindən qaynaqlanır. Bizdən asılı olan heç nə yoxdu. Buna görə də üzrxahlıq ediblər”.
İLKİN SULTANLI




