Millimiz Küveytə qalib gəldi

8.05.2022 16:53 515
---
Çimərlik futbolu üzrə Azərbaycan milli komandası Bakıda təlim-məşq toplanışında olan Küveyt yığması ilə növbəti yoldaşlıq oyununu keçirib.

"Football-plus.az" xəbər verir ki, Bakı “Su İdman Sarayı”nın ərazisindəki meydançada baş tutan oyun Azərbaycan yığmasının 6:2 hesablı qələbəsi ilə başa çatıb.

Millinin heyətində Orxan Məmmədov (2), Amid Nəzərov (2), Fuad Hüseynov və Ruslan Voronsov fərqlənib.

​Bu komandalar arasında sonuncu oyun mayın 11-də olacaq.