Millimiz Küveytlə bacarmadı

7.05.2022 13:37 458
Ölkə futbolu
Bakıda təlim-məşq toplanışında olan çimərlik futbolu üzrə Küveyt yığma komandası millimizlə növbəti yoldaşlıq oyununu keçirib.

"Football-plus.az" xəbər verir ki, Bakı “Su İdman Sarayı”nın ərazisindəki çimərlik futbolu meydançasında keçirilmiş oyun 2:0 hesabı ilə rəqib komandanın xeyrinə başa çatıb. Bu komandalar arasında növbəti oyunlar mayın 8-də və 11-də olacaq.

Azərbaycan yığması ilk matçda Küveyti 5:0 hesabıyla məğlub etmişdi.