Qarşılaşmada ikinci qolu vuran 26 yaşlı hücumçu UEFA Konfrans Liqasına vəsiqə qazanmaq istədiklərini bildirib:
“Yenidən qalib gəlmək və avrokubok uğrunda mübarizəni davam etdirmək vacibdi. Bu, komandam üçün önəmli qol idi. Artıq bütün diqqətimizi son 3 qarşılaşmaya yönəltmişik”.
Qeyd edək ki, “Qəbələ” 38 xalla 4-cü pillədə qərarlaşıb. Komanda növbəti 3 matçını “Neftçi”, “Şamaxı” və “Sabah”a qarşı keçirəcək.




