"Qəbələ"nin futbolçusu avrokuboklara vəsiqə qazanmaq üçün mübarizə apardıqlarını açıqladı

24.03.2022 09:46 546
Premyer-liqa
"Qəbələ"nin üzvü Rafael Utziq Braziliya mətbuatına açıqlama verib.

25 yaşlı vinger "Terra" nəşrinə danışıb.

Utziq bölgə təmsilçisinin avrokuboklar uğrunda mübarizə apardığını deyib:

"Mövsümün əvvəlindən bunun üçün çalışırıq. Sona yaxınlaşırıq, daha çox çalışmalıyıq. Klub beynəlxalq yarışlarda iştiraka öyrəşib və ümid edirik ki, bu mövsümdə də bunu bacaracağıq. "Qarabağ"la kubokda 2 çətin oyunumuz var. İstər çempionatda, istərsə də kubokda yaxşı yerlər üçün mübarizə aparacağıq".