“Səbail”in mətbuat xidmətinin rəhbəri Mehriban Mürsəlova vəzifəsindən ayrılıb.
O, bundan sonra karyerasına Futbolun İnkişaf Fondundunun kommunikasiya meneceri olaraq davam edəcək.
Görəsən, “dənizçilər” Mürsəlovdan boşalan vəzifəyə kimi gətirəcək? Bunu öyrənmək üçün “Səbail”in icraçı direktoru Fərəc Əliyevlə danışdıq. Klub rəsmisi “Football-plus.az” saytına açıqlamasında mətbuat xidməti rəhbəri vəzifəsi üçün axtarşılarının davam etdiyini bildirdi.
SƏNƏM FƏRHADOVA