Azərbaycanda çalışmış məşqçi Yunanıstan klubunda

4.05.2022 09:49 587
Dünya futbolu
"Qəbələ"nin əvəzedici komandasının sabiq baş məşqçisi Daril Villardın yeni iş yeri məlum olub.

İngiltərəli mütəxəssis Yunanıstanın "Episkopi" klubunu çalışdıracaq. Bu barədə 2-ci liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Daril Villard 2010-2012-ci illərdə "Qəbələ"yə rəhbərlik edib. Komanda onun dövründə əvəzedicilərin çempionatında bürünc və gümüş medallara sahib çıxıb.