Namikin komandası qələbə qazandı

1.05.2022 19:56 597
Ölkə futbolu
Türkiyə 1-ci divizionunda 38-ci turun oyunları keçirilib.

"Football-plus.az" saytının məlumatına görə, Namik Ələskərovun çıxış etdiyi "Bursaspor" səfərdə "Manisaspor"la üz-üzə gəlib və matçdan 3:1 hesablı qələbə ilə ayrılıb. Millimizin üzvü mübarizəyə start heyətində başlasa da, fasilədən sonra əvəzlənib.

Meydana start heyətində çıxan Namiq fasilədən sonra əvəzlənib.

Qeyd edək ki, "Bursaspor" 38 turdan sonra 38 xalla 17-ci pillədə qərarlaşıb.