“Mançester Yunayted”in danışıqlar üzrə direktoru Mett Cac klubu tərk etməyə qərar verib.
O artıq klub rəhbərliyinə mövsümün sonunda postundan gedəcəyinə dair ərizə təqdim edib.
2014-ün yayından MY-də çalışan Cac klubda danışıqlar prosesinə və müqavilələrin imzalanmasına görə cavabdehlik daşıyır. “The Athletic”ə inansaq, onun gedişi Erik ten Haqın növbəti mövsümdən “sükan arxasına” keçəcəyi ilə birbaşa bağlıdı. Heç şübhəsiz, Ed Vudvordun vitse-prezident vəzifəsindən gedişi də bu qərara təsir göstərib. Axı Cac onun sağ əli sayılırdı. Çox güman, Cacın funksiyalarını müavini Con Mertaf yerinə yetirməyə başlayacaq.