“Mançester Yunayted” rəhbərliyi Lyuk Şou ilə danışıqları dayandırıb.
"Football-plus.az" xəbər verir ki, İngiltərə klubu müdafiəçiyə müddəti 2026-cı ilə qədər nəzərdə tutulan yeni təklif irəli sürmüşdü. Lakin danışıqlar prosesində fasilə verilib. Rəhbərliyin qərarı komandanın yeni çalışdırıcısı olacaq Erik ten Haqın təcrübəli futbolçu ilə şəxsi söhbətinin yekununu gözləmək istəyi ilə bağlıdı.