• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Azərbaycan futbolunun yaxın gələcəyi - KÖŞƏ

Dünya futbolu / Manşet / Günün xəbəri

29-04-2022, 09:0

Bəlkə də çoxlarına qəribə gələcək; 2021/22 mövsümü bitməmiş gələcək haqda danışmaq nəyə lazımdı?

Amma hadisələri qabaqlamaq gözəl şeydi. İnsan nələrisə baş verən situasiyalara görə təhlil edib, fikir yürütmək istəyir. Bundan sonra başlayır hadisələri diqqətlə izləməyə ki, söylədikləri doğru çıxsın. Yəqin ki, bir çox yazarlar bu fikrimlə razılaşar. Son bir ay ərzində Azərbaycan futbolunda gözəl proseslər baş verdi. Klublar Komitəsinin iclası oldu, Elxan Məmmədov FİFA-da vəzifəyə keçdi, AFFA-nın baş katibi Sərxan Hacıyev Şamaxıda jurnalistlərlə səmimi söhbət edib, ölkə futbolunun gələcəyi haqda danışdı. Hə, yadımdan çıxmamış deyim ki, VAR bütün detalları ilə birgə Azərbaycana gəldi. İndi Gənclər Liqasında və yoxlama oyunlarında sınaqdan keçirilir. Məhz bunların hamısını bir yerə topladım ki, növbəti mövsümün çox maraqlı olacağını deyə bilim. Öz müşahidələrimə əsasən hansı yeniliklərin olacağını diqqətinizə çatdırmaq istəyirəm.

Elə başlayaq VAR-dan. Artıq əminliklə deyə bilərik ki, bu sistem premyer-liqanın 2022/23 mövsümündə istifadə olunacaq. VAR ölkənin müxtəlif stadionlarında sınaqdan keçirilir və istifadəyə hazır vəziyyətə gətirilir. Hətta ola bilər ki, bu mövsüm Azərbaycan kubokunun finalında da bu sistemin xidmətinə ehtiyac duyulsun. VAR-ın olması ölkə futbolunda mübarizəni daha da gərginləşdirəcək. İndidən deyə bilərik ki, baş məşqçilər uğursuzluqlarını hakim səhvləri ilə ört-basdır etməyəcək. Ədalətsiz qərarların sayı azalacaq. Təbii ki, futbolumuzun müasirləşməsi yaxşı şeydi. Bütün dünyada və böyük turnirlərdə bu sistemdən istifadə olunursa, biz nə üçün etməyək? Nəticələr və uğur əldə etməkdə geri qalmışıqsa, heç olmasa, müasirləşmə baxımından dünya futboluna ayaq uyduraq.

Bu gün AFFA İcraiyyə Komitəsinin iclası keçiriləcək. Burda əsas qərar “Kəpəz”lə “Turan Tovuz”un premyer-liqaya vəsiqə qazanması ilə bağlı olacaq. Artıq bir çox AFFA rəsmisi - Elxan Məmmədov, Sərxan Hacıyev bunun siqnallarını verib. Qalıb Lisenziyalaşdırma Komissiyasının yekun qərarı açıqlaması. Açığı, mən hər iki klubun premyer-liqaya gəlməsinə sevinirəm. Çünki adı çəkilənlər bölgə təmsilçiləridi. Premyer-liqa sırf Bakı ətrafında olmayacaq. Onsuz da “Keşlə” də “Şamaxı”ya köçdü. Orda da azarkeşlərin bu idman növünə sevgisini hamı gördü. Gəncədə və Tovuzda hər oyun anşlaqın olacağını indidən söyləyə bilərik. Təbii ki, komandaların sayının artması çempionatdakı matçların da çoxalmasına səbəb olacaq. AFFA 4 dövrədən ibarət turnir təşkil etmək istəyir. Bu da 36 oyun deməkdi. Qarşılaşmaların sayının çoxalması komandaların inkişafına səbəb ola bilər. Amma baş məşqçilər nəticə əldə edə bilməyəndə sıx qrafikdən şikayətlənməsələr, yaxşıdı...

İcraiyyə Komitəsinin iclasında limitin dəyişdirilməsi də gözlənilir. Böyük ehtimalla yeni qayda belə olacaq: 7 legioner, 4 yerli futbolçu. Azərbaycanlılardan biri mütləq 21 yaşadək oyunçu olmalıdı. Düzdü, “Zirə” və “Neftçi” limitin tam ləğv edilməsini istəyir. Lakin AFFA bu riskə getməyəcək. Çünki futbolu zəif ölkələrdən 2-3 min dəyərində əcnəbiləri yığıb gətirmək bizimkilərin əlində uşaq oyuncağıdı. Bu da yerli futbolçuların kənarda qalmasına səbəb ola bilər. Məhz bu səbəbdən ən ideal varinat “7+4” sisteminin tətbiqi olardı.

Son olaraq, böyük ehtimalla əvəzetmə sayı 3-dən 5-ə qaldırılacaq. Düzdü, bunu əsasən Qurban Qurbanov istəyib. “Qarabağ”ın baş məşqçisi dəyişiklik sayının artmasının yerli futbolçuların inkişafına səbəb olacağını düşünür. Əslində bəzi çempionatlarda bu sistemdən yararlanırlar. Azərbaycan premyer-liqasında da bunun olması mümkündü. Sadəcə, zamanlama yanlışdı. Dünya futbolunda 5 əvəzetməyə keçidi koronavirus şərtləndirmişdi. Artıq pandemiya aradan çıxırsa, bizdə dəyişikliyə nə ehtiyac?

Yaxın gələcəkdə gözlənilən yeniliklər bunlardı. Qalanı Allahın işidi. Bir də AFFA-nın. Bəzən elə olur ki, Allahın işini bilmək olur, amma AFFA-nın yox. Elə bir fövqəladə hadisə baş verə bilər ki, dediklərimizin heç biri reallaşmasın. Bir çoxları üçün maraqlı ola bilər ki, nə üçün ancaq premyer-liqada baş verəcək yeniliklərdən danışdım. Divizonla bağlı nəsə gözlənilmir? Vallah, illərdi idman mediasındayam. Bu divizionda başverənlərdən hələ baş aça bilməmişəm. Yaxşısı budu, bu çempionat haqda mülahizə yürüdüb, özümü pis etməyim...

İLKİN SULTANLI

Paylaş:
Digər xəbərlər

Ölkə futbolu

27-04-2022, 17:0

Obradoviç limitin dəyişdirilməsinin klubların inkişafına səbəb olacağını düşünür - AÇIQLAMA

Manşet / Müsahibə / Günün xəbəri

25-05-2022, 12:0

AFFA “Cəbrayıl”la “Xan Lənkəran”a güzəşt etməyəcək - MÜSAHİBƏ

Manşet / Yazarlar

21-04-2022, 11:0

Klublar Komitəsinin tilsimi sındırması - KÖŞƏ

Ölkə futbolu

17-03-2022, 14:0

“Baş katib AFFA-nın daxilində püxtələşmiş kadrdı” -Elxan Məmmədov

Aktual
Dünya çempionatı hansı stadionlarımızda keçiriləcək?
“Qarabağ” 10,8 milyon avroluq rəqiblə qarşılaşır
Ramil Şeydayev “Dinamo”da! – gəldiyi yerə dönür
Mehdi Cənnətovdan geriyə addım! – 34 yaşında elitadan getdi
DÇ-də vəziyyət necədi? – bu an üçün ən vacib bilgi
Arif Əsədov “Kəpəz”də çalışmaqdan niyə imtina etdi? – detallar üzə çıxdı
Son xəbərlər
  • Bu gün, 19:23
    "Şəfa"da köməkçi məşqçilər bəlli oldu
  • Bu gün, 18:52
    “Səbail”dən yeni transfer
  • Bu gün, 18:31
    "Qarabağ"ın heyəti açıqlandı - Elvin start heyətində yoxdu!
  • Bu gün, 18:00
    Dünya çempionatı hansı stadionlarımızda keçiriləcək?
  • Bu gün, 17:31
    "Polessye" Andrade ilə uzunmüddətli müqavilə imzaladı
  • Bu gün, 17:00
    “Qarabağ” artıq 3 milyon avro xərcləyib – “Sabah”dan bir addım öndə
  • Bu gün, 16:40
    Florensiyanı tərk etdi
  • Bu gün, 16:08
    Torreyra yumruq olayı haqda ilk dəfə danışdı - ''Şəkil çəkdirmək istədiyini düşündüm''
  • Bu gün, 15:47
    Maykl Bispinq və Brüs Baffer "UFC Fight Night Baku"da!
  • Bu gün, 15:26
    Tahir Abdullayev ilk, Rafael Fiziyev son döyüşə çıxacaq
  • Bu gün, 15:08
    “Qarabağ” 10,8 milyon avroluq rəqiblə qarşılaşır
  • Bu gün, 14:42
    Ramil Şeydayev “Dinamo”da! – gəldiyi yerə dönür
  • Bu gün, 13:53
    Mehdi Cənnətovdan geriyə addım! – 34 yaşında elitadan getdi
  • Bu gün, 13:37
    DÇ-də vəziyyət necədi? – bu an üçün ən vacib bilgi
  • Bu gün, 13:07
    Andrade "Qarabağ"dan Ukrayna klubuna getdi - RƏSMİ
  • Bu gün, 12:36
    Bülənt Korkmaz bu klubu superliqaya qaytarmağa çalışacaq
  • Bu gün, 12:15
    "Qarabağ" "Tirol"a qarşı
  • Bu gün, 11:54
    Muslera Uruqvayı məhv etdi - Byelsa özünü yıxıb-sürüdü!
  • Bu gün, 11:23
    Milandan Turinə yollana bilər
  • Bu gün, 10:52
    Arif Əsədov “Kəpəz”də çalışmaqdan niyə imtina etdi? – detallar üzə çıxdı
  • Bu gün, 10:31
    Anri, İbrahimoviç və Mata Türkiyənin qələbəsi haqda nə dedi?
  • Bu gün, 10:00
    İki şahmatçımız dünya çempionu oldu
  • Bu gün, 09:18
    Muslera Uruqvayı qrupda saxladı, İranın pley-off şansı qalır - DÇ səhəri
  • Bu gün, 01:09
    1/16 final cütlərindən beşi bəllidi!
  • Bu gün, 01:02
    Fransa Norveçi, Seneqal İraqı darmadağın etdi - DÇ gecəsi
  • Bu gün, 00:54
    Odur, özüdür ki var, Mixaylodur! - gecə lövhəsi
  • Dünən, 23:50
    “Zirə”nin taleyini fin və macar müəyyənləşdirəcək
  • Dünən, 22:40
    "Neftçi" Tuptanı tapdı
  • Dünən, 22:00
    Romadan Berqamoya üz tutdu
  • Dünən, 21:27
    “Sabah”, “Neftçi”, “Turan Tovuz”! - ...bu üç klubdan biri Elvin Cəfərquliyevi ala bilər
  • Dünən, 20:57
    "Sabah"ın "Nyu Seynts"ə qarşı matçlarının hakimləri
  • Dünən, 20:26
    Mançesterdən Madridə yollandı
  • Dünən, 19:51
    ABŞ-nin məşqçisi nədən narazı qaldı? - ''Sanki Türkiyə davam edir, biz evə qayıdırıq''
  • Dünən, 19:20
    Vaci ilə yeni müqavilə
  • Dünən, 18:59
    Təntənəli çəkiölçmə mərasimi baş tutdu -UFC Bakı
Daha çox
Oxunub: 390
Çempion komandanı atdı, “Zirə”yə gəldi – nə qəribə!
Oxunub: 312
UEFA-nın qərarı Tovuzda görülən işlərə təsir etdi – “artıq gələn mövsümə...”
Oxunub: 284
Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
Oxunub: 268
“Neftçi”dən sürpriz gediş: Eminlə Emilə rəqib gəldi!
Oxunub: 265
“Sən özün nə qədər evlər yıxmısan, Xaqani...”
Oxunub: 218
Koxalski də "Qarabağ"dan gedib - onu "gördüm" deyən yoxdu!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə