• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Klublar Komitəsinin tilsimi sındırması - KÖŞƏ

Manşet / Yazarlar

21-04-2022, 11:0

Uzun ayrılıqdan sonra Klublar Komitəsinin iclası keçirilib.

Bu münasibətlə qurumun sədri Riad Rəfiyevi səmimi qəlbdən təbrik edirəm. Rəfiyev bu yaxınlarda verdiyi müsahibələrin birində qeyd etmişdi ki, rəhbəri olduğu komitənin toplanmamasının sadə bir səbəbi var. Belə ki, klubların müzakirə etməli olduğu heç bir vacib problem yox imiş. Azərbaycan futbolunda tam əmin-amanlıqdı, gül gülü çağırır, bülbül də bülbülü. Ona görə də çox hörmətli cənablar qızıldan qiymətli vaxtlarını sərf edib, bir araya gəlməyə ehtiyac görməyiblər. Nəhayət, həmin mövzu tapılıb və Azərbaycan premyer-liqasında mübarizə aparan klubların nümayəndələri bir araya gəlib. AFFA və PFL-in təmsilçiləri də tədbir keçirilən məkana gəliblər. Toplantıda növbəti mövsüm Azərbaycan premyer-liqasında legioner limiti və əvəzetmə sayı ilə bağlı məsələlər müzakirə olunub. Özləri deyib, özləri də eşidib. Sonra da dağlışıblar.

Futbolumuzun gəldiyi hazırkı nöqtə məni xeyli təəssüfləndirir. Təsəvvür edin, Klublar Komitəsinin iclasları o qədər əhəmiyyətsizdi ki, əvvəlcədən keçiriləcəyi ilə bağlı nə mətbuata, nə də azarkeşlərə məlumat verilir. Onsuz da öyrəncəliyik. Bilirik ki, bu qalstuklu cənablara nə mətbuatın mövqeyi maraqlıdı, nə də azarkeşlərin. Heç kimi veclərinə almırlar. Əvvəllər toplantının yeri və vaxtı barədə açıqlama verərdilər. Sonra da iclac zalından çıxan rəsmilər mətbuat nümayəndələrinin suallarını cavablayar, ictimaiyyəti müzakirələrin axarından xəbərdar edərdilər. Artıq buna ehtiyac duyulmur. Sayələrində biz də bilmirik ki, legioner liminin müzakirəsi zamanı kim hansı təkfli səsləndirib, çox hörmətli klub başbilənləri növbəti mövsümdə limiti necə görmək istəyirlər. Həmçinin əvəzetmələrin sayı ilə bağlı hansı təkliflərin səsləndirildiyindən xəbərsizik. Yaxşı yadımızdadı ki, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov hələ xeyli əvvəl əvəzetmə sayı ilə bağlı müzakirələrin aparılmasını təklif edirdi. Amma həmin vaxt bu təklif müzakirə olunmadı, Qurbanovun səsinə səs verən tapılmadı. Görəsən, indi nə baş verir ki, Klublar Komitəsi toplanır və məhz əvəzetməylə bağlı müzakirələr aparır?

Heç nədən xəbərimiz yoxdu. Adama elə gəlir ki, Klublar Komitəsinin iclasında, ümumiyyətlə, müzakirələr aparılmayıb. Hər biri pencək geyib gəlib və fotokameralara poz veriblər. Ondan sonra da arxa fonda görünən divanlarda istirahətlərini edib, yaxşıca dincəliblər. Bütün bu prosedur bitəndən sonra hərə öz klubunun bazasının yolunu tutub. Gediblər ki, Azərbaycan futbolunun inkişafı üçün vacib addımlar atmağa davam etsinlər. Bakı Olimpiya Stadionunun bir küncündə keçirilən bu yığıncaq təkcə Klublar Komitəsinin “dirildilməsinə”, AFFA-nın yaratdığı bu komitənin nəyəsə yaradığını göstərməyə xidmət etmir. Belə toplantılar həm də AFFA-nın yeni baş katibi Sərxan Hacıyevin ictimaiyyətə göstərilməsinə, onun təbliğatına hesablanıb. Belə addımlarla yavaş-yavaş ictimaiyyətə çatdırılır ki, AFFA-nın yeni baş katibi var, bundan sonra millinin nəticələrinə görə ondan hesabat tələb edin, problemlərə görə onu sorğu-suala tutun. Şamaxıdakı “toy-bayram”dan sonra çəkilən bir maraqlı fotoşəkil diqqətimi cəlb etmişdi. İdman jurnalistləri mikrofonlarını və diktofonlarını AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədova uzadıb, onu sual-cavab edirdilər. Bir kənarda boynunu büküb, dinləyən Sərxan Hacıyevin isə üzündən məyusluq yağırdı. Gənc kadr az qala qışqırıb, üsyan edirdi ki, AFFA-nın yeni baş katibi mənəm, Elxan Məmmədov deyil, suallarınızı mənə ünvanlayın da...

AFFA-dakı məlum baş katib yerdəyişməsinin nəyə xidmət etdiyini arif adamlar yaxşı başa düşür. Yenə qərarları köhnə adam verəcək, amma məsuliyyət daşımaq lazım gələndə “güllə qabağına” sinəsini gənc kadr sipər etməlidi. Dünyanın işi, daha doğrusu, AFFA-nın divarları arasındakı idarəçilik sistemi belədi. Bu oyunun içinə düşmüsənsə, qaydalara da riayət etməlisən. Qaydaları pozsan, ağır cəzaya hazır olmalısan. Sərxan Hacıyev də bunları yaxşı bilir. Ona görə də təzə kostyumunu əyninə geyib, zövqla seçdiyi qalstuku boynuna salıb, Klublar Komitəsinin iclasına tələsmişdi. Zarafat deyil, məclisin (oxu: toplantının) baş tərəfində özü oturacaq, klub nümayəndələrini baş katib kimi yuxarıdan aşağı süzəcəkdi. Onun xətrinə Klublar Komitəsi tilsimi sındırıb, bir araya gəldi. Görək qarşıda bizi hansı maraqlı sürprizlər gözləyir. Yerimizi rahatlamışıq, tamaşaya davam edin.

AMAL

Paylaş:
Digər xəbərlər

Premyer-liqa

18-04-2022, 14:0

Klublar legioner limiti və əvəzetmə sayı ilə bağlı məsələləri müzakirə etdi

Aktual / Ölkə futbolu

31-05-2022, 12:0

Limit və əvəzetmə sayı yenə müzakirədə - İcraiyyə Komitəsi toplaşır

Aktual
Dünya çempionatı hansı stadionlarımızda keçiriləcək?
“Qarabağ” 10,8 milyon avroluq rəqiblə qarşılaşır
Ramil Şeydayev “Dinamo”da! – gəldiyi yerə dönür
Mehdi Cənnətovdan geriyə addım! – 34 yaşında elitadan getdi
DÇ-də vəziyyət necədi? – bu an üçün ən vacib bilgi
Arif Əsədov “Kəpəz”də çalışmaqdan niyə imtina etdi? – detallar üzə çıxdı
Son xəbərlər
  • Bu gün, 21:51
    "Zirə" özbəklərə uduzdu
  • Bu gün, 21:22
    Savo het-trik etdi, "Qarabağ" qalib gəldi
  • Bu gün, 20:30
    Azərbaycanlılar qələbə ilə başladı! -UFC Bakı
  • Bu gün, 19:23
    "Şəfa"da köməkçi məşqçilər bəlli oldu
  • Bu gün, 18:52
    “Səbail”dən yeni transfer
  • Bu gün, 18:31
    "Qarabağ"ın heyəti açıqlandı - Elvin start heyətində yoxdu!
  • Bu gün, 18:00
    Dünya çempionatı hansı stadionlarımızda keçiriləcək?
  • Bu gün, 17:31
    "Polessye" Andrade ilə uzunmüddətli müqavilə imzaladı
  • Bu gün, 17:00
    “Qarabağ” artıq 3 milyon avro xərcləyib – “Sabah”dan bir addım öndə
  • Bu gün, 16:40
    Florensiyanı tərk etdi
  • Bu gün, 16:08
    Torreyra yumruq olayı haqda ilk dəfə danışdı - ''Şəkil çəkdirmək istədiyini düşündüm''
  • Bu gün, 15:47
    Maykl Bispinq və Brüs Baffer "UFC Fight Night Baku"da!
  • Bu gün, 15:26
    Tahir Abdullayev ilk, Rafael Fiziyev son döyüşə çıxacaq
  • Bu gün, 15:08
    “Qarabağ” 10,8 milyon avroluq rəqiblə qarşılaşır
  • Bu gün, 14:42
    Ramil Şeydayev “Dinamo”da! – gəldiyi yerə dönür
  • Bu gün, 13:53
    Mehdi Cənnətovdan geriyə addım! – 34 yaşında elitadan getdi
  • Bu gün, 13:37
    DÇ-də vəziyyət necədi? – bu an üçün ən vacib bilgi
  • Bu gün, 13:07
    Andrade "Qarabağ"dan Ukrayna klubuna getdi - RƏSMİ
  • Bu gün, 12:36
    Bülənt Korkmaz bu klubu superliqaya qaytarmağa çalışacaq
  • Bu gün, 12:15
    "Qarabağ" "Tirol"a qarşı
  • Bu gün, 11:54
    Muslera Uruqvayı məhv etdi - Byelsa özünü yıxıb-sürüdü!
  • Bu gün, 11:23
    Milandan Turinə yollana bilər
  • Bu gün, 10:52
    Arif Əsədov “Kəpəz”də çalışmaqdan niyə imtina etdi? – detallar üzə çıxdı
  • Bu gün, 10:31
    Anri, İbrahimoviç və Mata Türkiyənin qələbəsi haqda nə dedi?
  • Bu gün, 10:00
    İki şahmatçımız dünya çempionu oldu
  • Bu gün, 09:18
    Muslera Uruqvayı qrupda saxladı, İranın pley-off şansı qalır - DÇ səhəri
  • Bu gün, 01:09
    1/16 final cütlərindən beşi bəllidi!
  • Bu gün, 01:02
    Fransa Norveçi, Seneqal İraqı darmadağın etdi - DÇ gecəsi
  • Bu gün, 00:54
    Odur, özüdür ki var, Mixaylodur! - gecə lövhəsi
  • Dünən, 23:50
    “Zirə”nin taleyini fin və macar müəyyənləşdirəcək
  • Dünən, 22:40
    "Neftçi" Tuptanı tapdı
  • Dünən, 22:00
    Romadan Berqamoya üz tutdu
  • Dünən, 21:27
    “Sabah”, “Neftçi”, “Turan Tovuz”! - ...bu üç klubdan biri Elvin Cəfərquliyevi ala bilər
  • Dünən, 20:57
    "Sabah"ın "Nyu Seynts"ə qarşı matçlarının hakimləri
  • Dünən, 20:26
    Mançesterdən Madridə yollandı
Daha çox
Oxunub: 399
Çempion komandanı atdı, “Zirə”yə gəldi – nə qəribə!
Oxunub: 312
UEFA-nın qərarı Tovuzda görülən işlərə təsir etdi – “artıq gələn mövsümə...”
Oxunub: 284
Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
Oxunub: 268
“Neftçi”dən sürpriz gediş: Eminlə Emilə rəqib gəldi!
Oxunub: 265
“Sən özün nə qədər evlər yıxmısan, Xaqani...”
Oxunub: 218
Koxalski də "Qarabağ"dan gedib - onu "gördüm" deyən yoxdu!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə