• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

AFFA “Cəbrayıl”la “Xan Lənkəran”a güzəşt etməyəcək - MÜSAHİBƏ

Manşet / Müsahibə / Günün xəbəri

25-05-2022, 12:0

Region Liqasının maraqla gözlənilən final oyunu ötən cümə baş tutdu.

Şamaxıda keçirilən matçda “Cəbrayıl” “Xan Lənkəran”ı məğlub etdi. Gözlənildiyi kimi, oyun çox maraqlı keçdi. Futbol ictimaiyyətinin bəzi tanınmış nümayəndələri də qarşılaşmanı izləmək üçün Şamaxıya təşrif buyurmuşdu. Stadionda kimlər yox idi?! Tribunada Məşqçilər Komitəsinin üzvlərindən Əsgər Abdullayev, Ağasəlim Mircavadov və Şahin Diniyevi, AFFA-nın vitse-prezidenti Vaqif Sadıqov, baş katib Sərxan Hacıyevlə köməkçisi Kamran Vəliyevi, AFFA İcraiyyə Komitəsinin üzvü İsgəndər Cavadovu da görmək mümkün idi. 90 dəqiqənin tamamında “Cəbrayıl” sevindi. Mükafatçılara medallarını Vaqif Sadıqov, İsgəndər Cavadov və Sərxan Hacıyev təqdim etdi. Mərasimdən sonra AFFA-nın baş katibinə yaxınlaşıb, müsahibə götürmək istədiyimizi bildirdik. Məqsədimiz sadə idi: Region Liqası haqda söhbətləşmək, “Cəbrayıl”la “Xan Lənkəran”ın 1-ci diviziona buraxılıb-buraxılmayacağına aydınlıq gətirmək. Bu və başqa sualları AFFA-nın baş katibinə ünvanladıq.

- Region Liqasının finalında “Cəbrayıl” “Xan Lənkəran”ı 1:0 hesabı ilə məğlub edərək çempion oldu.
- Doğrudan da çox maraqlı qarşılaşmanın şahidi olduq. İntensiv görüş izlədik. Əsl finala yaraşan ab-hava var idi. Hər iki komanda çox fəal idi. Rəqiblər qələbə qazanmaq üçün meydana çıxmışdı. Möhtəşəm futbol sərgilədilər. Meydanda futbolçular, tribunada azarkeşlər mükəmməl idi. Yekunda “Cəbrayıl” qələbə qazandı. Bu münasibətlə onları təbrik edir, gələcək fəaliyyətində uğurlar arzulayıram. “Xan Lənkəran” da əzmkar oyun nümayiş etdirdi. Buna baxmayaraq, məğlub oldu. Ümumiyyətlə, möhtəşəm mövsüm keçirdilər. Onları da bu münasibətlə təbrik edirəm. Doğrudan da, bu oyun göstərdi ki, region komandaları gələcəkdə daha maraqlı qarşılaşmaları araya-ərsəyə gətirməkdə bizə kömək olacaq.

- Mükafatlandırma mərasimi bitəndən sonra “Xan Lənkəran”ın prezidenti Pərviz Hüseynovla söhbət etdiz. Bu, klubun gələcəyi ilə bağlı idi, yoxsa sadəcə, qarşılaşma haqda danışırdız?
- Bəli, düz qeyd edirsiz. Klub rəhbərliyi ilə görüşdüm. Onları gözəl oyun münasibəti ilə təbrik etdim. Mövsümlə bağlı sizə dediklərimi onlara da bildirdim. Həqiqətən də “Xan Lənkəran” bu çempionatda çox yaxşı təsir bağışladı. Final görüşündə də əzmkarlıq nümayiş etdirdilər. Sonda da klub rəhbərliyi ilə bəzi məsələləri müzakirə etdik. Gələcəklə bağlı bəzi suallara aydınlıq gətirdik. Onlar da öz fikirlərini səsləndirdilər. Bu məsələlər gələcəkdə müzakirə olunacaq.

- İcraiyyə Komitəsinin qərarı ilə üç klub növbəti mövsüm 1-ci divizionda iştirak edəcək. Ola bilər ki, qurumun xüsusi iclası keçirilsin və Region Liqasının finalçıları - “Cəbrayıl”la “Xan Lənkəran”a xüsusi güzəşt edilərək diviziona buraxılsın? Çünki bu klublar həm azarkeş, həm də idarəetmə baxımından başqalarından fərqlənir. Yəqin siz də bunun şahid olduz. Bəlkə bununla bağlı hansısa təklif irəli sürəsiz?
- Bu mövsüm üçün İcraiyyə Komitəsinin iclası keçirildi. Qeyd etdiyiniz kimi, “İmişli”, “Araz Naxçıvan” və “Mingəçevir” 1-ci divizionda çıxış edəcək. Çempionatda iştirak edəcək komandaların sayı bəllidi. Bununla bağlı hansısa yenilik gözlənilmir. İcraiyyə Komitəsinin qərarı ilə, sadəcə, 3 komandaya icazə verildi ki, 1-ci divizionda iştirak etsin.

- Artıq 3-cü ildi Region Liqası keçirilir. Bu yarışda kifayət qədər yaxşı komandalar mübarizə aparır. Ola bilər ki, qarşıdakı illərdə 1-ci divizion ləğv olunsun və Region Liqası həmin çempionatı əvəzləsin? Bəlkə bu liqa 3-cü peşəkar turnir kimi fəaliyyət göstərə bilər?
- Hazırda bu haqda nəsə demək çətindi. Çünki Region Liqasında həvəskar komandalar mübarizə aparır. 1-ci divizionda isə peşəkar klublar çıxış edir. Bununla bağlı indi nəsə deməyim doğru olmaz. Çünki bəhs etdiyiniz məsələ müzakirə mövzusu deyil.

İLKİN SULTANLI

Paylaş:
Digər xəbərlər

Ölkə futbolu

20-05-2022, 16:0

Futbol ictimaiyyətinin tanınmış nümayəndələri Şamaxıda - FOTOLAR

Ölkə futbolu / Manşet

18-03-2022, 14:0

Region Liqasının pley-offunun püşkü atıldı

Ölkə futbolu

20-05-2022, 18:0

Region liqasının qalibi bilindi - FOTOLAR

Aktual
Murad Məmmədov gözəl qol vurdu, Mahir Emreli mərhələ adladı
Qurban Qurbanov Koxalskini ehtiyatda saxladı! – “Dinamo” üçün heyət açıqlandı
“Bu suala dəqiq cavabı çempionat vaxtı ala biləcəyik” – “Zirə”nin oyunları arasında 17 gün fasilə var!
“Qarabağ” erkən qol vursa, oyuna nəzarəti ələ alacaq” – ağdamlılar nədən ehtiyatlanmalıdı?
“Qələbə qazanmağı düşünürük” - yeganə qolun müəllifi danışdı
“Sabah” bu dəfə də ilk oyunu səfərdə keçirəcək – Rumıniyada...
Son xəbərlər
  • Bu gün, 01:09
    Murad Məmmədov gözəl qol vurdu, Mahir Emreli mərhələ adladı
  • Bu gün, 00:17
    "Qarabağ"ın növbəti rəqibi məlum oldu
  • Dünən, 23:56
    "Elvin üçün faydası varsa, tez-tez asfalta göndərərik" - Qurban Qurbanov
  • Dünən, 23:35
    "Fürsətlərdən yararlana bilmədik" - İvan Kostyuk
  • Dünən, 23:13
    "Sabah"ın "Tofiq Bəhramov" seçiminin əsl səbəbi - klub Masazırda hansı problemlə üzləşib?
  • Dünən, 22:30
    MY yeniyetmə futbolçu aldı
  • Dünən, 22:02
    "Qarabağ" Konfrans Liqasının pley-offunda! - YENİLƏNİB
  • Dünən, 21:11
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 20:35
    "Real”a yeni mövsümdə lazım olmadı
  • Dünən, 20:04
    Gözlənilən təyinat rəsmiləşdi
  • Dünən, 19:33
    Qurban Qurbanov Koxalskini ehtiyatda saxladı! – “Dinamo” üçün heyət açıqlandı
  • Dünən, 19:25
    Dünya çempionunun yolu haradı?
  • Dünən, 18:33
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 18:00
    APL Fantasy platformasında qeydiyyatdan keçənlərin sayı 10 000-i ötdü!
  • Dünən, 17:53
    Fransa çempionu yeni qapıçı aldı
  • Dünən, 17:43
    “Tofiq Bəhramov” dolub-daşacaq! – artıq 26945 bilet satılıb
  • Dünən, 17:23
    O, artıq “Barselona”ya lazım deyil
  • Dünən, 17:04
    "Qarabağ" "Dinamo" matçından öncə fan-zona yaradılacaq
  • Dünən, 16:20
    "Şəfa"dan növbəti transfer
  • Dünən, 15:50
    Londondan Liverpula yollandı
  • Dünən, 15:20
    Haunun xələfi o oldu
  • Dünən, 14:49
    “Qarabağ”ın oyununa görə metro gücləndirilmiş rejimdə işləyəcək
  • Dünən, 14:20
    "Araz-Naxçıvan" "Sabah"ın müdafiəçisini icarəyə götürdü
  • Dünən, 13:58
    MS-yə yenə gərək olmadı
  • Dünən, 13:27
    Fransadan Almaniyaya yollandı
  • Dünən, 12:56
    Milli komandanı tərk edəcək
  • Dünən, 12:25
    Bolonyadan Turinə yollanmağa yaxındı
  • Dünən, 11:54
    "Kəpəz" belçikalı yarımmüdafiəçi transfer etdi
  • Dünən, 11:23
    “Bu suala dəqiq cavabı çempionat vaxtı ala biləcəyik” – “Zirə”nin oyunları arasında 17 gün fasilə var!
  • Dünən, 10:52
    Millimiz Qazaxıstana uduzdu
  • Dünən, 10:31
    Məşhur futbolçu inadından dönmür
  • Dünən, 10:00
    Portuqaliyadan İngiltərəyə üz tutdu
  • Dünən, 00:57
    PSJ ardıcıl ikinci dəfə Avropa Superkubokunu qazandı
  • 12-08-2026, 23:0
    Bundan sonra İtaliyada oynayacaq
  • 12-08-2026, 22:0
    Dortmundu tərk etdi
Daha çox
Oxunub: 334
Masazırdakı dava "Sabah" üçün başağrı olacaq... - "Orhus" UEFA-ya şikayət etdi!
Oxunub: 283
Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
Oxunub: 202
“Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
Oxunub: 132
“Turan Tovuz” eyforiyadadı?
Oxunub: 105
“İlk iş günündə stadion rəhbərliyinə yazılı bildiriş göndəriləcək” – PFL-in təftişinin nəticəsi bəlli oldu
Oxunub: 105
“Avrokuboklarda oynamaq heç bir kluba başqası üzərində üstünlük vermir” - “Xəmsə”dən sərt reaksiya
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə