Məmmədyarovdan qələbə

28.04.2022 09:39 571
İdman
Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi "Champions Chess Tour" onlayn seriyasının birinci mərhələsində növbəti görüşünü keçirib.

37 yaşlı qrossmeyster "Oslo Esports Cup"ın 6-cı turunda niderlandlı Yorden van Forestlə üz-üzə gəlib. Görüş Məmmədyarovun 3,5:2,5 hesablı qələbəsi ilə yekunlaşıb.

Məmmədyarov ilk turda vietnamlı Le Kuanq Lyeyə, beşinci turda niderlandlı Aniş Giriyə qalib gəlib. Təcrübəli şahmatçı 2,3 və 4-cü turlarda müvafiq olaraq hindistanlı Rameşbabu Praqnanandhaya, kanadalı Erik Hansenə və polşalı Yan-Kşiştof Dudaya uduzub.

Turnirin mükafat fondu 210 min dollarıdı.