40 yaşında da futboldan doymur!

26.04.2022 21:12 579
Dünya futbolu
Xoakin Sançes 40 yaşında da futboldan doymur!

“Betis”in kapitanı İspaniya kubokunu qazandıqdan sonra karyerası ilə bağlı maraqlı açıqlama verib. İyulun 21-də 41 yaşı tamam olacaq yarımmüdafiəçi daha bir il futbol oynamaq istədiyini bildirib:

“Karyeramla bağlı planımın pozulub-pozulmadığını deyə bilmərəm. Futbolla vidalaşacağımı gözləyənlərdən üzr istəyirəm. Amma mən daha bir il oynayacağam”.


Sançes “Betis”in yetirməsidi. Bu klubda indiyədək 447 oyunda meydana çıxıb, 61 qol vurub və 44 məhsuldar ötürmə edib. İspaniya millisində 51 oyunda 4 qol vuran oyunçu 2006-15-ci illərdə “Valensiya”, “Malaqa” və “Fiorentina”da da çıxış edib.