Sançesin antirekordu

20.04.2022 10:54 526
Dünya futbolu
İspaniya La Liqasının 33-cü turunda "Betis" "Elçe" ilə qarşılaşıb.

Görüş qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Bu oyun Sevilya təmsilçisinin kapitanı Xoakin Sançesin antirekordu ilə yadda qalıb. 41 yaşlı yarımmüdafiəçi La Liqada 200-cü məğlubiyyətini alan ilk futbolçu olub. Sançes karyerası ərzində çempionatda keçirdiyi 596 görüşün 240-da qələbə sevinci yaşayıbsa, 156 dəfə komandası bərabərliklə razılaşıb.