Etibarlı mənbədən əldə etdiyimiz bilgiyə görə, millinin də şərəfini qoruyan yarımmüdafiəçi bu gün axşam saatlarında Bakıda olacaq.
Söylənilənlərə aydınlıq gətirmək üçün “kimyaçılar”ın idman direktoru Zamiq Hüseynovla əlaqə saxladıq. Klub rəsmisi futbolçunun yolunu gözlədiklərini söylədi:
“Nuriyevlə bütün məsələlərdə anlaşmışıq. Ukraynada yaşanan hadisələrə görə Azərbaycana gəlişi bir qədər yubanır. Açığı, o klubun ofisinə gəlmədən sizə “Anatoli bu gün Bakıda olacaq” deməkdən ehtiyat edirəm. Ancaq yolunu gözləyirik. Ortaya hansısa problem çıxmasa, bu gün üçün Bakıda olmalıdı”.
RƏŞAD




