Serjinyo Dest ciddi zədə səbəbindən mövsümün qalan hissəsini buraxacaq.
“Barselona”nın müdafiəçisi “Rayo Valyekano” ilə matçda (0:1) sıradan çıxıb. Müayinə nəticəsində Destin sağ bud vətərlərinin zədələndiyi müəyyənləşib. O, bu səbəbdən mövsümün qalan hissəsində meydana çıxmayacaq.
Qeyd edək ki, Dest bu mövsüm “Barselona”nın formasında 27 oyunda meydana çıxıb və 3 məhsuldar ötürmə edib.