Maksim Medvedevə hədiyyə təqdim edildi

15.04.2022 21:29 519
Ölkə futbolu
Premyer Liqanın 22-ci turu çərçivəsində keçirilən "Qarabağ"-"Şamaxı" matçı Ağdam təmsilçisinin 8:0 hesablı qələbəsi ilə başa çatıb.


"Football-plus.az" saytının məlumatına görə, meydan sahiblərinin heyətində 500-cü oyununa çıxmış Maksim Medvedevə klub tərəfindən xatirə hədiyyəsi təqdim olunub. Hədiyyəni kapitana “Qarabağ”ın baş meneceri Asif Əsgərov təqdim edib.