Sənan Qurbanov istefa verdi! - AÇIQLAMA

15.04.2022 21:43 993
Ölkə futbolu
Premyer Liqanın 22-ci turu çərçivəsində keçirilən "Qarabağ"-"Şamaxı" matçı Ağdam təmsilçisinin 8:0 hesablı qələbəsi ilə başa çatdı.

"Football-plus.az" saytının məlumatına görə, qarşılaşmadan sonra baş tutan mətbuat konfransında qonaqların baş məşqçisi Sənan Qurbanov istefa verdiyini bildirdi:

"Belə məğlubiyyətdən sonra nəsə danışmaq çətindir. Oyuna itkilərlə çıxmışdıq. Acı məğlubiyyətdi. Rəhbərliklə danışdıq, getməyə qərar verdim. Gələcək oyunlarda "Şamaxı"ya uğurlar arzu edirəm. Ölkə kubokunu qazandıq, burada yaxşı günlərimiz oldu. Belə acı məğlubiyyətdən sonra qalmağım düzgün deyil".



İLKİN SULTANLI