Türkiyənin "Alanyaspor" klubunun baş direktoru Sərkan Daldal "Qarabağ"ı ziyarət edib.
Bu barədə Ağdam təmsilçisinin baş meneceri Asif Əsgərov öz "instaqram" hesabında məlumat yayıb. O, Daldalla fikir mübadiləsi apardıqlarını bildirib.
Superliqa təmsilçisinin rəsmisi "Alanyaspor"un 10 nömrəli formasını Asif Əsgərova hədiyyə edib.