• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

PFL oruc tutan futbolçularla bağlı klublara müraciət edib

Ölkə futbolu / Manşet

5-04-2022, 18:0

Milli komandalar üçün ayrılan fasilə başa çatdı. Həftəsonu premyer-liqanın 21-ci turunun matçları keçirildi.

Gərgin mübarizəyə səhnə olan qarşılaşmalarda maraqlı nəticələr qeydə alınmaqla yanaşı, qeyri-adi proseslər də baş verdi. Tur ərzində diqqətimizi çəkən ən maraqlı məqam oyunların başlama saatı ilə bağlı oldu. Məsələn, “Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev matç haqda fikirlərinə bu cümlələrlə başladı:

“Oyun erkən başladı. Hava çox isti idi. Ümid edirəm ki, bunu nəzərə alıb növbəti dəfə futbolçulara uyğun vaxt təyin edərlər”.


Artıq yaz aylarında olduğumuzu nəzərə alıb, Elmar bəyin fikirlərində həqiqət payı olduğunu deyə bilərik. Görəsən, matçlar nə üçün erkən saatlarda başlayıb? Bundan əlavə, qarşılaşmalar zamanı bir sıra müəmmalı qayda pozuntuları yaşandı. Elə “Neftçi” - “Zirə” matçında əllə oyun nəzərdən qaçdı, 2 qırmızı vərəqə verildi, qarşılaşmanın sonunda 11 metrlik cərimə zərbəsi təyin olundu. Deyirdilər ki, mövsümün ikinci yarısından sonra premyer-liqada VAR-dan istifadə ediləcək. Artıq 3-cü dövrə də başa çatdı, amma bu sistemdən xəbər-ətər yoxdu. Görəsən, bu il VAR-ı görə biləcəyik? Maraqlı suallarımız çox olsa da, özümüz bunlara cavab verə bilmərik. Bu səbəbdən də PFL-in Texniki İdman Departamentinin rəhbəri Elgiz Abbasovla əlaqə saxladıq.

- Premyer-liqanın 21-ci turunun görüşləri erkən saatlarda başladı. Bunun səbəbi nədi? Halbuki qış aylarında görüşlər 19.00, 20.00-da başlayırdı...

- Oyunların erkən saatlara salınması deyəndə nəyi nəzərdə tutursuz? Ümumiyyətlə, matçların hansı saatda başlamasını PFL çempionatın yayın hüququna malik “CBC Sport”la müzakirələrdən sonra açıqlayır. Bu normaldı. Çünki “CBC Sport” təkcə Azərbaycan çempionatının görüşlərini yayınlamır. Amma istənilən halda yekun qərar PFL-ə məxsusdu. Aprelin ilk günlərində saat 16.00-da oyunun başlamasında (Qəbələdə 15.00-da başladı – red.) qeyri-adi hal yoxdu. Bu, aprelin sonunda və ya mayın əvvəlində olsaydı, sizlə razılaşardım. Amma əlbəttə, yaya doğru getdikcə, havalar isindikcə oyunların başlama saatı da buna uyğun olacaq. Bir şərtlə ki, stadionun infrastrukturu görüşlərin gec saatda başlamasına imkan versin.

- Bizdə olan məlumata görə, 22-ci turda bir görüş istisna olmaqla, qalan 3 qarşılaşma gec saatlarda start götürəcək. Bunun səbəbi nədi?

- Yenə deyirəm, havalar isindikcə oyunların gec saatda start götürməsi normal haldı.

- Hazırda müqəddəs Ramazan ayındayıq. Futbolçular, məşqçi heyəti oruc tutur. Klublar matçların iftardan sonraya salınması ilə bağlı PFL-ə müraciət etməyib? Ümumiyyətlə, belə bir təklif olsa, nəzərə alınmaq ehtimalı var?

- Fürsətdən istifadə edib, Ramazan ayının gəlişi ilə bağlı hamını təbrik edirəm. Açığı, bununla bağlı klublardan bizə müraciət olmayıb. Əvəzində biz klublara müraciət edərək, oyunçuların oruc tutub-tutmadıqları, tutacaqları haqlda buna oyun günü də riayət edib-etməyəcəkləri, oruc tutanların sayı ilə maraqlanmışıq. Bir tur ərzində hər iki qarşılaşmanın iftardan sonraya təyin olunması mümkün deyil. Amma PFL olaraq belə həssas məqamları həmişə nəzərə almışıq. Mümkün qədər kömək etməyə çalışacağıq.

- Redaksiyamıza daxil olan məlumata görə, premyer-liqanın 22-ci turunda “Keşlə” - “Neftçi” matçı saat 14.00-da start götürəcək. Bu o deməkdi ki, qarşılaşma Şamaxıda olacaq?

- Hazırda bu haqda nəsə deyə bilmərəm. Məsələ ilə bağlı PFL-in rəsmi saytında məlumat veriləcək.

- Premyer-liqanın 3-cü dövrəsi də başa çatdı. Sona 7 tur qalıb. Mövsümün ikinci yarısından sonra çempionatda VAR-dan istifadə olunacağı deyilmişdi. Premyer-liqada bu sistemi görə biləcəyik? Ümumiyyətlə, VAR-ın qurulması yolunda stadionlarda hansısa problem var?

- VAR sisteminin Azərbaycan premyer-liqasında tətbiqi gözlənilən yeniliklərdən biridi. Bunun nə vaxt gerçəkləşəcəyi ilə bağlı növbəti müsahibələrdə daha ətraflı danışa bilərik.

İLKİN SULTANLI

Paylaş:
Digər xəbərlər

Ölkə futbolu

3-04-2022, 17:0

"Oyun ərzində 10 qol epizoduna girən komanda "qara zolaq"da ola bilməz" - Elmar Baxşıyev

Premyer-liqa

22-04-2022, 13:0

AFFA-dan "Qəbələ"nin baş məşqçisinə sərt cəza

Premyer-liqa / Manşet

27-03-2022, 23:0

"Qəbələ"nin mübarizəsi "Sabah"la deyil" - Elmar Baxşıyevdən iddialı AÇIQLAMA

Aktual
Ramil Şeydayevin növbəti dayanacağı hara olacaq?
AFFA “Turan Tovuz”a məsləhət verdi – “CAS-a şikayət edin”
"Turan Tovuz" məhkəmədən qalib ayrılacaq" - "Ultras Turan"ın rəhbəri günahkarlara səsləndi
“Bu səbəbdən mən yollarımızı ayırmağa qərar verdim” – qarşılıqlı razılıq olmayıb?
“Zaurgil AFFA rəhbərliyi ilə görüşmək istəyirlər”  - Mübariz Mənsimov Lənkəranda futbolun olacağına söz verib
UEFA "Turan Tovuz"u avrokuboklardan kənarlaşdırdı
Son xəbərlər
  • Dünən, 23:58
    Keyn ilə Olise Münheni tərk edəcəklər?
  • Dünən, 23:26
    A seriyasında istefa
  • Dünən, 22:56
    "Qarabağ"ın U-14 komandası beynəlxalq turnirdə iştirak edəcək
  • Dünən, 22:35
    "Şahdağ Qusar"ın idman direktoru müəyyənləşdi
  • Dünən, 22:14
    Paytaxt klubunu tərk edəcək
  • Dünən, 21:43
    Ramil Şeydayevin növbəti dayanacağı hara olacaq?
  • Dünən, 21:12
    Yunanıstan karyerası 7 ay çəkdi
  • Dünən, 20:41
    AFFA-dan "Turan Tovuz"la bağlı növbəti açıqlama
  • Dünən, 20:10
    Madridi tərk edəcək
  • Dünən, 19:40
    Romadan Berqamoya üz tutacaq
  • Dünən, 19:09
    İspaniya klubunda istefa
  • Dünən, 18:31
    UEFA "Turan Tovuz"la bağlı qərarı təsdiqlədi - detallar
  • Dünən, 18:00
    Milli komandada yeni müqavilə
  • Dünən, 17:30
    AFFA “Turan Tovuz”a məsləhət verdi – “CAS-a şikayət edin”
  • Dünən, 16:44
    Premyer-liqada hamını arxada qoydu
  • Dünən, 16:03
    "Turan Tovuz" məhkəmədən qalib ayrılacaq" - "Ultras Turan"ın rəhbəri günahkarlara səsləndi
  • Dünən, 15:32
    Bütün həmkarlarını arxada qoydu
  • Dünən, 15:01
    Karyerasını başa vurdu
  • Dünən, 14:30
    “Bu səbəbdən mən yollarımızı ayırmağa qərar verdim” – qarşılıqlı razılıq olmayıb?
  • Dünən, 13:59
    Milli komandada yeni anlaşma
  • Dünən, 13:28
    U-20 millimizin rəqibi müəyyənləşdi
  • Dünən, 12:57
    İtaliya paytaxtını tərk etmədi
  • Dünən, 12:26
    Millimiz Serbiya ilə üz-üzə - AÇ
  • Dünən, 11:55
    ''Monako'' yenə məşqçisinə görə cərimə ödəməli olacaq
  • Dünən, 11:34
    Azərbaycan – Macarıstan matçının hakimləri
  • Dünən, 11:13
    Koxalski ilə Zubir ÇL-nin ən yaxşıları arasında
  • Dünən, 10:52
    “Zaurgil AFFA rəhbərliyi ilə görüşmək istəyirlər”  - Mübariz Mənsimov Lənkəranda futbolun olacağına söz verib
  • Dünən, 10:31
    Levandovski İstanbul nəhənginə gəlir? - Həyat yoldaşı da təsdiqlədi
  • Dünən, 10:00
    UEFA "Turan Tovuz"u avrokuboklardan kənarlaşdırdı
  • 2-06-2026, 23:0
    “Legionerlərimiz öz ölkələrində, istirahətdədi” – “Zirə” “Turan-Tovuz”la bağlı rəsmi xəbər gözləyir
  • 2-06-2026, 23:0
    “Ortada bir qərar yoxdu ki, ona uyğun addım ataq” – “Turan Tovuz”dan növbəti reaksiya
  • 2-06-2026, 22:0
    TFF klub prezidentlərinə DÇ üçün pulsuz bilet verməyəcək
  • 2-06-2026, 22:0
    "Araz-Naxçıvan" 10 futbolçu ilə yolları ayırdı
  • 2-06-2026, 21:0
    “Beşiktaş”ın sabiq prezidenti bu köklü klubu xilas edə bilər
  • 2-06-2026, 21:0
    Burak Yılmaz Fransaya yollanır?
Daha çox
Oxunub: 407
Qurban Qurbanov Addainin əl-qolunu bağlamasaydı...
Oxunub: 210
“Sxadadzenin müqaviləsinə xitam verilməsi gözlənilmir” – Səbuhi Səfiyarlı
Oxunub: 209
“Qarabağ”da növbəti ayrılıq dalğası yetişdi! – daha kimlər Qurban Qurbanovun “radarına düşüb”?
Oxunub: 200
Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
Oxunub: 188
“Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm” – “Neftçi” nə edir?
Oxunub: 168
“Əlbəttə, bu qərar bizi məyus etdi” – Tovuzdan reaksiya
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə