"Football-plus.az" saytının məlumatına görə, matç 1:1 hesablı bərabərliklə yekunlaşıb.
Oyundan sonra baş tutan mətbuat konfransında meydan sahiblərinin baş məşqçisi
"Oyun çox erkən başladı. Hava çox isti idi. Ümid edirəm ki, bunu nəzərə alıb gələn dəfə futbolçulara uyğun vaxt təyin edərlər. Oyuna gəldikdə, iki fərqli hissə gördük. Birinci hissə demək olar ki, qonaqlar üstünlüyə sahib idi. İkinci hissədə isə oyunun tempini qaldıra bildik. Çoxsaylı qol epizodlarına girdik. Təəssüflər olsun ki, dəyərləndirə bilmirdik. Ümumi götürsək, komandanın durumundan razıyam. Son vaxtlar zədəli futbolçular komandamıza qoşulub və meydanda daha optimal heyətlə çıxırıq".
- “Sabah” sizinlə xal fərqini azalda bilib. Son 4 oyundur qalib gələ bilmirsiz....
- Bu, yaralı yerimizdi. Çünki hər dəfə optimal heyətlə meydana çıxa bilmirik. Bunun da təsiri var. O biri komandalara bu təsirə edə bilməz. Çünki ehtiyat qüvvələri kifayət qədərdi. Hər futbolçumuz bir dəyərdi. "Qara zolaq"da olduğumuzu fikirləşə bilərsiz. Ancaq oyun ərzində 10 qol epizoduna girən komanda "qara zolaq"da ola bilməz. Futbolçularımın davranışları məni qane edir. Ancaq daha da artığını edə biləcək gücdəyik.




