AFFA-dan "Qəbələ"nin baş məşqçisinə sərt cəza

22.04.2022 13:49 474
Premyer-liqa
“Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev cəzalanıb.

Bu barədə qərarı AFFA-nın İntizam Komitəsi verib.

42 yaşlı mütəxəssis premyer-liqanın 23-cü turundakı hərəkəti üzündən cəza alıb. “Sumqayıt”la matçda (1:1) 90+3-cü dəqiqəsində “Qəbələ” klubunun baş məşqçisi Elmar Baxşıyev hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə ilə meydançadan kənarlaşdırıldığı üçün 4 oyun şərti olmaqla, 5 oyun cəzalanıb.

Klubu isə 4000 manat cərimə olunub. Sınaq müddəti 3 ay təyin edilib.