Azərbaycan Kikboksinq Federasiyasının (AKF) loqosu dəyişib.
Yeni loqoda Azərbaycanın atributları əks olunub.
Loqonun həm sol, həm də sağ tərəfi ölkə bayrağının rəngləri ilə əhatə edilib. Həmçinin loqoda bayraqda 8 guşəli ulduzun olduğunu bildirən bu qədər sayda ulduz və iki kikboksçunun mübarizəsi əks olunub.