“Keşlə”nin “Şamaxı”ya çevrilməsini nəzərdə tuturuq. Artıq klubun yeni loqosu da gün işığına çıxıb. Emblemin üzərində Şamaxı qalası, iki şirin ortasında top əks olunub. İlk baxışdan insanda normal təəssürat yaradır. Lakin sosial şəbəkələrdə bir çoxları işi bəyənmədiyini bildirir. Bəziləri isə bunun İngiltərə “Sanderlend”inin loqosunun plagiatı olduğunu qeyd edir.
Görəsən, bu məsələdə peşəkar olan şəxslər nə düşünür? “Şamaxı”nın loqosu yaxşıdı, yoxsa pis? Həqiqətən “Sanderlend”in embleminin plagiatıdı? Suallarımızı tanınmış dizayner Orxan Musayevə ünvanladıq. Bir çox dövlət orqanının loqosunu hazırlayan şəxsin “Şamaxı”nın emblemi ilə bağlı fikirlərini belə oldu:
“İlk baxışdan loqoda Şirvanşahlar dövlətinə aid nümunələrə rast gəlinir. Qala divarları və bu istiqamətdə digər elementlər diqqəti çəkir. Sadəcə, şrift o qədər də yaxşı deyil. Bunun üzərində işlənilsə, rənglərin, topun kölgəsi yığışdırılsa, daha yaxşı olar. Amma ümumilikdə çox yaxşı iş olduğunu söyləyə bilərəm. Ümid edirəm ki, dediyim çatışmazlıqları aradan qaldırarlar. Plagiat məsələsinə gəlincə, deyə bilərəm ki, “Sanderlend”in loqosu ilə heç bir əlaqəsi yoxdu. Oxşarlığı ola bilər. Amma yanaşı qoyanda fərqli fikirlər və mənaları daşıdıqları görünür. Bu o demək deyil ki, iş plagiatdı. Fikrimcə, yaxşı loqodu. Xeyirli olsun!”
İLKİN SULTANLI




