Azərbaycan "Qran-pri"sinin şüarı bəlli oldu

19.04.2022 18:23 525
İdman
Bu il ölkəmizdə keçiriləcək "Formula 1" üzrə Azərbaycan "Qran-pri"sinin şüarı bəlli olub.

"Football-plus.az" saytının məlıumatına görə, şüar "F1 qayıdır: trekə və tribunaya!" adlanır.

Həmçinin BŞH mövsümün ən parlaq vizuallarını təqdim edib. İlk dəfə onlar Azərbaycanın üç rəngli bayrağının rəngləri ilə simvolizə olunub.

Qeyd edək ki, cari mövsüm Azərbaycan Qran-prisi 10 - 12 iyunda gerçəkləşəcək. Bakıdakı yarış 2020-ci ildə koronavirus səbəbindən ləğv edilib, 2021-ci ildə isə azarkeşsiz gerçəkləşib.