"Azərbaycan və Maltanı müqayisə etmək olmaz" - Malta millisinin baş məşqçisi

24.03.2022 19:40 678
Yığma
Martın 25-də Azərbaycan millisi Malta ilə yoldaşlıq görüşü keçiriləcək.

Oyundan öncə mətbuat konfransı təşkil olunub. Ev sahibi komandanın baş məşqçisi Devis Manqia görüş haqda bunları deyib:

“Qarşıdakı matçlar yeni nələrisə sınamaq üçün platforma olacaq. Müxtəlif futbolçulara oyun praktikası vermək, onlar barədə məlumat almaq istəyirik. Azərbaycan və Malta komandalarını müqayisə etmək olmaz. Amma əsas diqqətçəkən məqam odur ki, Azərbaycanın daha çox oyunçusu beynəlxalq səviyyədə çıxış edir. Onların Avropa təcrübəsi də böyükdü”.