Daha bir il "Çelsi"də

1.04.2022 22:00 402
Dünya futbolu
"Çelsi" Sezar Aspilikueta ilə müqavilənin müddətini uzadıb.

Bu barədə yerli mətbuat xəbər yayıb. Komandanın kapitanı bu mövsüm lazımi sayda oyun keçirdiyi üçün müqavilə avtomatik olaraq 2023-cü ilin yayına qədər uzadılıb. Bu prosedur yeni müqavilənin bağlanması hesab edilmir, ona görə də "Çelsi"yə tətbiq edilən sanksiyalara görə onu qadağan etmək mümkün deyil.