• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Jorjinyo qəhrəmandan necə antiqəhrəmana çevrildi? - YAZI

Manşet / Yazarlar

31-03-2022, 12:0

Şübhəsiz, DÇ-2022-nin Avropa qitəsi üzrə seçmə turnirinin əsas sensasiyası İtaliya yığmasının uğursuzluğa düçar olmasıdı.

Şimali Makedoniya pley-offun yarımfinal matçında “skuadra adzurra”ya qalib gələrək (1:0) proqnozları alt-üst etdi!

O, “skuadra adzurra”da necə peyda oldu?

İtaliya futbol ictimaiyyəti fiaskonun əsas səbəbkarları kimi seçmə turnirin ən vacib oyunlarında imkanlarından aşağı səviyyədə çıxış edən hücumameyilli oyunçuları nişan verir. Bu baxımdan Jorjinyo xüsusilə seçilir. Onun əsas işi hücum etmək olmasa da, rəsmi matçlardakı nöqsanları göz qamaşdırır.

Əvvəlcə 30 yaşlı yarımmüdafiəçi ilə bağlı qısa məlumat verək. O, əslən braziliyalıdı. 1991-ci il dekabrın 20-də Cənubi Amerikanın ən böyük ölkəsinin İmbituba port şəhərində dünyaya gəlib. Əsl adı Jorje Luiz Frello Filyo olan futbolçu 15 yaşında İtaliyaya gəlib. Qeyd edək ki, onun ana tərəfdən olan babası ilə nənəsi bu ölkədəndi. Jorjinyonun bir çox qohumları da İtaliyada yaşayır. Onun İtaliya vətəndaşlığını almasında isə babası ilə nənəsinin rolu böyük olub. 2007-10-cu illərdə “Verona”nın futbol məktəbində bu oyunun sirrlərinə yiyələnən Jorje peşəkar futbolçu karyerasına da bu klubda başlayıb. Onun dayaq yarımmüdafiəçisi kimi uğurlu çıxışı 2014-18-ci illərdə formasını daşıdığı “Napoli”dəki dövrə təsadüf edib. 2018-ci ildən çıxış etdiyi “Çelsi”də başqa bir üstünlüyü – penalti ilə qol vurmaq bacarığı da ortaya çıxıb. 2016-cı ildən dəvət aldığı İtaliya yığmasında 43 oyuna 5 qol vurub.


İlk dəfə AÇ-2020-nin finalında büdrədi

Bu qolların çoxunu penalti vasitəsilə reallaşdırıb. Amma son vaxtlar bu planda büdrəmələri diqqətdən əsla yayına bilməz. Onun üçün ilk həyəcanverici məqam ötən il baş tutan AÇ-2020-nin İngiltərə ilə final oyunundan sonrakı seriyaya təsadüf etdi: qapıçı Cordan Pikford onun zərbəsini dəf etdi. Amma onda buna elə bir əhəmiyyət verilməmişdi. Hər halda İtaliya yığması “lotereya”da 3:2 hesabı ilə qalib gəlmişdi.

Buna baxmayaraq, bir müddətdən sonra Jorjinyo qaçırdığı şansa görə çox pis olduğunu etiraf etmişdi:

“Hamı bunun əhəmiyyətsiz olduğunu deyir, amma həmin büdrəmənin mənim üçün əhəmiyyəti var. Final oyununda komandamın sonuncu cəhdini boşa verməyim ürəyimi ağrıdır. Bəli, biz çempion olsaq da, mən hələ də həmin epizodun acısını çəkirəm. Kim bunun əhəmiyyət daşımadığını deyirsə, yalan danışır. Mən həmin anda, sadəcə, komanda yoldaşlarımı məyus etdiyimi düşünürdüm. Axı onlar mənə həlledici məqamda çox güvənirdilər. Bir müddətdən sonra həmin seriyaya təkrar tamaşa edərkən son zərbənin rəqib oyunçu Bukayo Sakanın vuracağını gördüm. Mən, demək olar ki, Donnarummanın onun zərbəsinin qarşısını alacağına əmin idim. Həmin anda hər şeyin qaydasında olduğunu və Cicinin komandanı qoldan xilas edəcəyini düşünürdüm”.


Jorjinyo qəhrəmandan necə antiqəhrəmana çevrildi?


İsveçrəyə qarşı iki penaltini boşa verdi

Jorjinyo üçün “qara zolaq” 2021-ci ilin payızında da davam etdi. DÇ-2022-nin seçmə turnirinin sentyabrın 5-də keçirilən İsveçrə ilə səfər oyununda da penaltini boşa verdi. Rəqib qapıçı Yan Zommer yarımmüdafiəçinin zərbədən əvvəlki tullanaraq yerinə yetirdiyi tryukunu “oxumağı” bacardı və topu asanlıqla dəf etdi. 53-cü dəqiqəyə təsadüf edən bu epizod Bazeldəki matçın ən yaddaqalan anı oldu və tablodakı sıfırlar dəyişmədi.



Təcrübəli futbolçu oyundan sonra jurnalistlərə belə demişdi:

“Zərbə endirməzdən əvvəl yol verdiyim səhvə görə özümə qarşı çox qəzəbliyəm. Ona görə ki, matçın ən vacib epizodunun məğlubu mən oldum. Qələbə qazana bilmədiyimiz üçün məsuliyyəti öz üzərimə götürürəm. Komandamız qələbəyə layiq idi. Mən isə hesabı açmaqla bunu təmin etmək şansı qazanmışdım. Zərbədən əvvəl səhvə yol verdim və indi buna görə çox məyusam”.


İtaliyanın qrupdakı əsas rəqibi olan İsveçrə ilə ev oyununda da eyni hal yaşandı. Noyabrın 12-də Romada keçirilən matçın əsas vaxtının son dəqiqəsində qazanılan penaltini yenə boşa verdi. Jorjinyo bu dəfə Zommerlə dueldən topu qapının üstündən vurmaqla məğlub ayrıldı. Nəticədə “skuadra adzurra” yenə qalib gələ bilmədi – 1:1. Onun qaçırdığı gözəl fürsətlərin nəticəsi isə son qitə çempionunun qrupu İsveçrədən sonra 2-ci yerdə başa vurması oldu.

Şimali Makedoniyaya məğlubiyyətdə də rol oynadı

Roberto Mançininin komandası püşkün nəticəsinə əsasən pley-offun yarımfinalında Şimali Makedoniya ilə evdə oynamalı oldu. Martın 24-də Palermoda keçirilən matç, gözlənildiyi kimi, meydan sahiblərinin dominantlığı ilə keçdi. Amma italyan hücumçular heç cür Stole Dimitriyevskinin qoruduğu qapıya yol tapa bilmədilər. Əsas vaxta əlavə olunan 2-ci dəqiqədə isə bütün İtaliya şok yaşadı: 2015-19-cu illərdə “Palermo”da oynamış Aleksandar Traykovskinin zərbəsi Donnarumma üçün qarşısıalınmaz oldu. Mançininin hələ bir neçə ay əvvəl hamıdan tərif gördüyü komandası səviyyəcə özündən geri qalan rəqibə boyun əyərək mundialdan kənarda qaldı!...

Həlledici epizodu xatırlayaq. Meydanın mərkəzində Alessandro Bastoninin ikili mübarizədə rəqibinə məğlub olmasından sonra top məhz Jorjinyonun kürəyindən sıçrayaraq Traykovskinin qarşısına düşdü. “Çelsi”nin oyunçusu topu dərhal ondan almağa və mövqe səhvini aradan qaldırmağa çalışmaq əvəzinə əllərini yuxarı qaldırmaqla hakimə rəqib oyunçunun qaydanı pozduğunu işarə verməyə başladı. Nəticədə Traykovski maneəsiz şəkildə zərbə mövqeyinə çıxaraq Donnarummanı və İtaliyanı yerə sərdi!

Jorjinyo matçdan sonra fikirlərini belə dilə gətirdi:

“Nə baş verdiyini izah etmək çətindi. Mənim üçün çox üzücü məğlubiyyətdi. İndiyədək nə baş verdiyini anlaya bilmirəm. Hücum qurmaqla bağlı problemimizin olduğunu düşünmürəm. Biz meydanda dominantlıq etdik və qapı qarşısında təhlükəli vəziyyətlər yaratdıq. Amma şansları reallaşdıra bilmədik”.


Futbolçu həmin müsahibədə seçmə turnirdə qaçırdığı penaltiləri bir daha xatırlatdı:

“İsveçrə ilə matçlarda qola çevirə bilmədiyim penaltilər haqda düşümək mənim üçün çox ağırdı. Həmin anlar həyatımboyu məni təqib edəcək. İki dəfə “nöqtə”yə yaxınlaşasan, amma komandana, ölkənə kömək edə bilməyəsən...”


“Qızıl top”a iddiaçıdan uğursuz futbolçuya...

Jorjinyo 2021-ci ilin yekunlarına əsasən “Qızıl top”a iddiaçılardan sayılırdı. Yarımmüdafiəçi “Çelsi” ilə Çempionlar Liqasının da qalibi olmuşdu. “Frans Futbol”un sorğusunda 3-cü yeri tutdu. Etiraf edək ki, dayaq yarımmüdafiəçisi üçün nüfuzlu mükafat üzrə səsvermədə kifayət qədər yüksək mövqedi.

Amma bir neçə aydan sonra Jorjinyo “Qızıl top”a iddiaçıdan uğursuz futbolçuya çevrildi. İndi onun ötənilki şöhrətindən əsər-əlamət qalmayıb. Çünki yol verdiyi səhvlər üzündən dördqat dünya çempionunu dünya çempionatından məhrum edib. Yəqin ki, bu səhvlərini ömrü boyunca tez-tez xatırlayacaq və böyük təəssüf hissi ilə sızıldayacaq. Artıq bunu etiraf edib...

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

30-03-2022, 20:0

Mançinini Kannavaro əvəz edə bilər

Dünya futbolu

18-04-2022, 18:0

“Skuadra adzurra”dakı çıxışına son qoyacaq? - AÇIQLAMA

Aktual
“Kəpəz” azarkeşləri və Yusif İmanov arasında qalmaqal
Ayxan Abbasov gedir, “Şamaxı” rəhbərliyi qəbul etmək istəmir
Çempion bəllidi, 2-ci yerə iki namizəd var
Əli Bəşirovun harda zədələndiyi bəlli oldu – Aftandil Hacıyevdən açıqlama
"Tofiq Bəhramov"da 11 boş sektor: tribunalarda cəmi 17830 tamaşaçı var... - FOTOLAR
Azarkeşlər və media üçün açıq məşq: “Sabah” və “Qarabağ”, nə deyirsiz?
Son xəbərlər
  • Bu gün, 22:28
    Burak Yılmazdan gələcəyi ilə bağlı yeni qərar
  • Bu gün, 21:57
    "Üç xal qazandığımız üçün sevincliyik" - Saşa İliç
  • Bu gün, 21:27
    "Azarkeşlərdən bu nəticələrə görə üzr istəyirik" - Kaxaber Sxadadze
  • Bu gün, 20:57
    Elvin Cəfərquliyev “Qarabağ”dan niyə qovuldu? – şok versiyalar
  • Bu gün, 20:26
    ''Fənərbaxça'' Edersonun menecerini İstanbula çağırdı
  • Bu gün, 19:55
    "Kəpəz" uduzdu, "Sumqayıt" qalib gəldi - YENİLƏNİB
  • Bu gün, 19:26
    “Turan” ölkə çempionu oldu
  • Bu gün, 18:51
    “Yusif İmanov cəzalanacaq” - Azər Bağırov
  • Bu gün, 18:25
    “Bu gün oyun haqda danışaq” – Jorj Kaşkilya
  • Bu gün, 18:14
    “Kəpəz” azarkeşləri və Yusif İmanov arasında qalmaqal
  • Bu gün, 17:09
    "Sumqayıt" - "Qəbələ": START HEYƏTLƏRİ
  • Bu gün, 16:38
    Millinin üzvlərinə xatirə hədiyyəsi təqdim olundu
  • Bu gün, 16:17
    Mikelsin üz sümüyü qırılıb
  • Bu gün, 15:18
    Ayxan Abbasov gedir, “Şamaxı” rəhbərliyi qəbul etmək istəmir
  • Bu gün, 14:57
    "Kəpəz" - "İmişli": START HEYƏTLƏRİ
  • Bu gün, 14:26
    Çempion bəllidi, 2-ci yerə iki namizəd var
  • Bu gün, 13:55
    Nərimanın komandası uduzdu
  • Bu gün, 13:24
    Əziz Yıldırım ''Fənərbaxça''nın transfer siyasətini yıxıb sürüdü
  • Bu gün, 12:53
    Əli Bəşirovun harda zədələndiyi bəlli oldu – Aftandil Hacıyevdən açıqlama
  • Bu gün, 12:22
    "Qızlar bütün tapşırıqları yerinə yetirdi" - millimizin məşqçisi
  • Bu gün, 11:51
    Salah ilə Robertsonu kimlər müşayiət edəcəklər?
  • Bu gün, 11:20
    Gözlənilən müqavilə rəsmiləşdi
  • Bu gün, 10:59
    25 illik həsrətə son qoydular
  • Bu gün, 10:28
    "Beşiktaş'' 6 milyon avroya aldığı futbolçu ilə vidalaşır
  • Bu gün, 09:57
    Arzuolunmaz kürəkən... – REPLİKA
  • Bu gün, 00:15
    "Bəlkə, oyunçularımın yaşam tərzlərini daha çox incələməliyəm" - Qurban Qurbanov
  • Dünən, 23:57
    “Real”ı kimlər tərk edəcəklər?
  • Dünən, 23:27
    "Oyunçularım boşluqları bağladı, rəqib heç nə ilə yadda qalmadı" - Valdas Dambrauskas
  • Dünən, 22:58
    İtaliyalı ulduz ''instaqram''ın ulduzunu söhbətə çağırdı və... səhvini etiraf etdi
  • Dünən, 22:37
    Dilinin bəlasına düşdü
  • Dünən, 22:01
    “Liverpul”u tərk etməyəcək
  • Dünən, 21:09
    Lempard bu komandanı 25 ildən sonra premyer-liqaya daşıdı
  • Dünən, 20:58
    "Motor" yenə uduzdu, Renat şans qazanmadı
  • Dünən, 20:37
    ''Zenit'' Türkiyə çempionatından daha bir oyunçuya göz qoyub
  • Dünən, 20:16
    Dünya kubokunda mübarizə aparacaq boksçularımız - ADLAR
Daha çox
Oxunub: 301
Elvin Cəfərquliyev “Qarabağ”dan niyə qovuldu? – şok versiyalar
Oxunub: 257
“Şamaxı”nın yeni baş məşqçisi Elmar Baxşıyevdi!
Oxunub: 244
Başuaa… - ölkənin ən yaxşı futbolçusunun acı sonu
Oxunub: 230
"Renato Piriçin zərbə anını görməsinə mane olubsa, qol sayılmamalıdı" - Gülağa Cabbarov VAR-la dialoqun açıqlanmasını istədi
Oxunub: 170
Qurban Qurbanovun qovduğu Abbas "Zirə"yə keçir
Oxunub: 159
Vernidubun uğuruna kölgə salan Abasov... – YAZI
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə