• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Mançinini Kannavaro əvəz edə bilər

Dünya futbolu

30-03-2022, 20:0

Şimali Makedoniyadan alınan biabırçı məğlubiyyət İtaliya yığmasına Qətər mundialına vəsiqəni əldən vermək bahasına başa gəldi.

Və indi Portuqaliya ilə həlledici oyuna çıxmaq üçün Portuya yollanmaq niyyəti ilə yaşayan “skuadra adzurra” depressiya içində Konyadadı. Roberto Mançininin komandası bu gün Türkiyə yığması ilə heç kimə lazım olmayan yoxlama oyunu keçirəcək. Bu da UEFA-nın yeni icadıdı: ilk pley-off oyunlarında uduzan komandalar öz aralarında oyun keçirirlər.
Bəs son Avropa çempionu niyə dünya çempionatından kənarda qaldı? Konkrek Şimali Makedoniya ilə oyunu götürsək, rəqib qapısı istiqamətinə 30-dan artıq zərbə və 16 künc zərbəsi fonunda bəxtsizlikdən də gileylənmək mümkündü. Və ya bu məqamı xatırlamaq olar ki, İtaliya yığmasının liderlərindən biri Jorjinyo seçmə turnirdə iki penaltini boşa verdi. Bunların hər biri “skuadra adzurra”ya mundiala birbaşa vəsiqə qazandıracaqdı.

Əslində AÇ-2020-dən dərhal sonra da İtaliya yığmasının perspektivi ilə bağlı nikbin düşünənlərin sayı o qədər də çox deyildi. Müasir Avropa futbolunda rəqabət necə yüksəkdisə, xatirələrlə uzun müddət yaşamaq olmaz. Hər uğurdan sonra əvvəlkindən də böyük enerji ilə işi davam etdirmək lazımdı. Bunu anlamayan komandanın qələbə qazanması mümkün deyil.
İtaliya yığması AÇ-2020-də qələbəni haqq etdi. Ötən yay bəxt də daxil hər şet Mançininin komandasının xeyrinə idi. Yığma səviyyəsinə görə o turnirdə heç də ən güclü komanda deyilsi, ancaq birlik, qibtə olunası qarşılıqlı “sığortalama”, hədsiz motivasiya və fədakarlıq hesabına qələbə qazana bildi. Ancaq sonradan həmin birlik magiyası əridi. İtaliya Futbol Federasiyası və bir qrup jurnalist pafoslu və onsuz da özünəvurğun Mançinini haqq etmədiyi dərəcədə dahiyə çevirdilər, halbuki qələbəni tək o yox, onlarla adam qazanmışdı. Oyunçulardan kimsə müəyyən müddətə motivasiyanı itirdi, bəziləri zədə üzündən sıradan çıxdılar, başqaları, ümumiyyətlə, formadan uzaq düşdülər. Düzdü, İtaliya yığması seçmə turnirin heç bir oyununda uduzmadı, bununla belə, qrupda liderliyi qələbəyə daha ac olan İsveçrəyə verdi.

Birlik və vahidlik ab-havası yaratmaq və bunu qorumaq dağıtmaqdan həmişə daha çətin və uzun prosesdi. İtaliya yığmasının 2021-in yazı və yayı üçün olan obrazı yəqin səfərdə oynayan, lideri Elmasın xidmətindən məhrum olan Şimali Makedoniyanı məğlub edərdi. Ancaq indiki “dişsiz” komanda bunu bacarmadı. “La Gazzettа dello Sport”un Palermodakı oyuna görə son qitə çempionatının üç qəhrəmanına necə aşağı qiymət verdiyini də görməyə dəyər. Mançini 4, qapıçı Donnarumma və yuxarıda adını çəkdiyimiz Jorjinyo 4,5 alıb. Oyun ərəfəsində İtaliya yığmasının ardıcıl iki dünya çempionatını buraxmaq haqqının olmadığını bildirən nəşr A seriyasının qonaqların qapısına qol vurmalı olan iki ulduzuna – İnsinye ilə İmmobiliyə də 4 verib.

DÇ-nin ardıcıl 2-ci seçmə tsiklini boşa vermək İtaliya futbolu üçün biabırçılıqdı. “Skuadra adzurra” hələ yenidənqurmaya və nəsil dəyişikliyinə ehtiyac duyur. Və əlbəttə, məğlubiyyətdən sonra göydən yerə vurulan Mançini və ya onun əzəedicisi mümkün qədər tez hücumçu problemini həll etməlidi. İtaliya yığması bu mövqedə əməlli-başlı “axsayır”.

Mançininin də bundan sonra özünü necə aparacağı aydın deyil. Axı yerli futbol qurumu ötən il onun müqaviləsinin müddətini 2024-ə qədər uzadıb, yəni nəzərə cəhətdən baş məşqçi postunda qalıb işini davam etdirə bilər. Ancaq o özü bunu istəyəcəkmi? Tezliklə bunu biləcəyik. Mançininin potensial əvəzedicisi kimi artıq Fabio Kannavaronun adı çəkilir. Deyilənə görə, onun məsləhətçisi də müdrik və təcrübəli Marçello Lippi olacaq.

Paylaş:
Digər xəbərlər
Aktual
“Çünki ortada ürəkaçan heç nə yoxdu” – “Xəmsə” etirazını çatdırmaq üçün adam tapa bilmir
"Sabah"dan oyunun göstərilməsi üçün 100 min tələb olunur! - soyğun planı üzə çıxdı
“Görək azarkeşləri cəlb etmək nə dərəcədə real olacaq...” – “Zirə” Gürcüstanda nə edəcək?
“Turan Tovuz” niyə rəqiblərini açıqlamır?
Vernidubun start heyəti müəyyənləşir - "ağ-qaralar" böyükhesablı qələbəni necə qazandı?
“Qarabağ”a tərif yağdırdı, azarkeş sayını azaltdı
Son xəbərlər
  • Bu gün, 14:15
    “Çünki ortada ürəkaçan heç nə yoxdu” – “Xəmsə” etirazını çatdırmaq üçün adam tapa bilmir
  • Bu gün, 13:54
    "Qəbələ" 5 yoxlama oyunu keçirəcək
  • Bu gün, 13:23
    MS daha bir oyunçu transfer etdi
  • Bu gün, 12:57
    Nəriman start heyətində oynadı, komandası heç-heçə etdi
  • Bu gün, 12:36
    Final matçı bu topla oynanılacaq
  • Bu gün, 12:15
    Babək Quliyev Konfrans Liqasının matçında
  • Bu gün, 11:54
    Millimiz rekorda imza atdı
  • Bu gün, 11:23
    Hamını arxada qoydu
  • Bu gün, 10:52
    "Sabah"dan oyunun göstərilməsi üçün 100 min tələb olunur! - soyğun planı üzə çıxdı
  • Bu gün, 10:31
    "Neftçi" Xorvatiya klubuna qarşı
  • Bu gün, 10:00
    Lissabondan Madridə üz tutdu
  • Dünən, 23:54
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 23:23
    Kapitan “gəmini” tərk etməyəcək
  • Dünən, 22:59
    Son çempiondan unikal göstərici
  • Dünən, 22:13
    "Sabah"ın cavab oyunu yayınlanmaya bilər! - "Nyu Seynts"dən şok həmlə
  • Dünən, 22:02
    Dortmundu tərk etməyə yaxındır
  • Dünən, 21:30
    “Görək azarkeşləri cəlb etmək nə dərəcədə real olacaq...” – “Zirə” Gürcüstanda nə edəcək?
  • Dünən, 20:56
    MS yeni qapıçı aldı
  • Dünən, 20:25
    “Turan Tovuz” niyə rəqiblərini açıqlamır?
  • Dünən, 19:54
    Yenidən paytaxt klubuna xidmət edəcək
  • Dünən, 19:23
    20 yaşında dünyasını dəyişdi
  • Dünən, 18:52
    "Şəfa"dan yeni transfer
  • Dünən, 18:31
    Vernidubun start heyəti müəyyənləşir - "ağ-qaralar" böyükhesablı qələbəni necə qazandı?
  • Dünən, 18:00
    Yenidən Fransada işləyəcək
  • Dünən, 17:29
    Yaşıl meydana oktyabrda dönəcək
  • Dünən, 16:58
    Gözlənilən təyinat rəsmiləşdi
  • Dünən, 16:27
    Doğma klubuna qayıtdı
  • Dünən, 15:56
    Matçın ən yaxşı oyunçusu seçildi
  • Dünən, 15:25
    Meksikalı futbolçu meydana nə vaxt qayıdacaq?
  • Dünən, 14:54
    Gözlənilən transfer rəsmən açıqlandı
  • Dünən, 14:51
    Yeni rekord müəyyənləşdirdi
  • Dünən, 14:30
    Güləşçimiz 10:0 hesablı qələbə ilə "qızıl" qazandı
  • Dünən, 13:52
    “Qarabağ”a tərif yağdırdı, azarkeş sayını azaltdı
  • Dünən, 13:26
    “Sabah” Ovestriyə yollanır – çempionun səfər planı
  • Dünən, 12:55
    Fransadan Portuqaliyaya yollandı
Daha çox
Oxunub: 206
Duran: düşünməmək bir ayıb, bunu dilə gətirmək iki ayıb – REPLİKA
Oxunub: 186
"Sabah"ın cavab oyunu yayınlanmaya bilər! - "Nyu Seynts"dən şok həmlə
Oxunub: 162
Zlomisliçlə Qnalinin adı “Qarabağ”ın iştirak ərizəsində niyə yoxdu? – rəsmi açıqlama
Oxunub: 153
“Qarabağ”a tərif yağdırdı, azarkeş sayını azaltdı
Oxunub: 143
“Kutaisililər 1990-cı illərdəki internet qədər yavaş idi” - “Zirə” gürcü jurnalisti dəhşətə gətirdi
Oxunub: 136
“Ötən mövsümün Çempionlar Liqasındakı “Qarabağ”ı görməyəcəyik” - Aslan Kərimov
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə