Qadın futbolçulardan ibarət millimizin futbolçularının iştirakı ilə bu gün Azərbaycan İdman Akademiyasında imza günü təşkil olunub.
"Football-plus.az" xəbər verir ki, tədbirdə komandamızın üzvləri Manə Mollayeva, Yeliz Açar və Nərgiz Əliyeva iştirak ediblər.
Futbolçular azarkeşlərlə görüşərək imzalı şəkillərini paylayıb və onlarla xatirə fotoları çəkdiriblər.