"Bavariya" və "Arsenal" yarımfinalda

16.04.2026 00:59 36
Avrokuboklar
Bu gecə Çempionlar Liqasında 1/4 final mərhələsinin daha iki cavab oyunu keçirilib.

“Football-plus.az” xəbər verir ki, “Bavariya” “Real”ı, “Arsenal” “Sportinq”i qəbul edib.

Bavariya (Almaniya) – Real (İspaniya) 4:3
Pavloviç, 6. Keyn, 38. Dias, 89. Olise, 90+4 – Gülər, 1; 29. Mbappe, 42.
İlk oyun – 2:1.

Arsenal (İngiltərə) – Sportinq (Portuqaliya) 0:0
İlk oyun – 1:0.

Yarımfinalda bu cütlər qarşılaşacaq: Atletiko - Arsenal, Bavariya - PSJ.