Braziliya yığmasının baş məşqçisi təkzib etdi

29.03.2022 21:55 510
Dünya futbolu
Tite adının “Arsenal”la birgə hallanmasına münasibətini bildirib.

Bəzi mənbələr Braziliya yığmasının baş məşqçisinin bir neçə aydan sonra İngiltərə klubuna təyinat ala biləcəyini xəbər verib. Titenin artıq londonlularla danışıq apardığı iddia edilir. DÇ-2022-nin final mərhələsindən sonra milli komandanı tərk edəcək 60 yaşlı mütəxəssis haqqında gəzən xəbərə belə reaksiya verib:

“Bu xəbər mənə məyusluq gətirir. Ona görə ki, yalandı. Peşəkar məşqçi kimi fəaliyyətimə dəyər verir və Braziliya yığmasındakı məsuliyyətimi bilirəm”.