Vanoli “Spartak”ı tərk edir?

31.05.2022 20:10 440
Dünya futbolu
Paolo Vanolinin agenti müştərisi ilə bağlı şayiəyə reaksiya verib.

"Football-plus.az" xəbər verir ki, bəzi mənbələr italiyalı baş məşqçinin “Spartak”ı Rusiya kubokunda qələbəyə daşıyandan sonra komandanı tərk etmək qərarına gəldiyini iddia edir. Lakin 49 yaşlı mütəxəssisin təmsilçisi Andrea D’Amiko bu iddianı təkzib edib:

“Paolonun “Spartak”ı tərk etmək qərarına gəlməsi haqda informasiya yalandı. Bu uydurmanın kimin və nə üçün ortaya atdığı mənə məlum deyil. O, komandada qalır. Paolo Rusiya kubokunun finalında yaxşı mütəxəssis və “Spartak”ı çalışdırmağa layiq olduğunu göstərdi. Ola bilsin, bu uğuru kiminsə xoşuna gəlmir”.


Xatırladaq ki, Vanolinin komandası premyer-liqada mövsümü 16 iştirakçı arasında 10-cu yerdə başa vurub.