Elmar Baxşıyev: “Komanda minimum vəzifəni yerinə yetirmişdi” - AÇIQLAMA

28.05.2022 09:26 473
Premyer-liqa
Premyer-liqanın 28-ci turunda “Qəbələ” doğma meydanda “Sabah”la heç-heçə etdi - 1:1.

“Football-plus.az” xəbər verir ki, bununla da “qırmızı-qaralar” bürünc medalçı olmaq şansını əldən verdi. Cəmi 4 dəqiqə çatmadı ki, “Qəbələ” də mükafatçılar siyahısına düşsün. Görəsən, bu məqam Elmar Baxşıyevə necə təsir edib? Baş məşqçi son dəqiqələrdə bürünc medalın əldən verilməsi haqda nə düşünür? Gənc mütəxəssis suallarımızı belə cavabladı:

“Komanda minimum vəzifəni yerinə yetirmişdi. Son bir tur qalmış avrokuboklara vəsiqəni təmin etmişdik. “Sabah”la görüşün sonlarında çoxsaylı imkanlardan yararlana bilmədik. Ani diqqətsizlik qapımızda qolla nəticələndi. Xeyirlisi, inşallah! Demək, qismətimizdə bürünc medalları qazanmaq yox idi”.