"Milli komandada oynamaqdan qürur duyuram" - AÇIQLAMA

27.03.2022 22:13 576
Ölkə futbolu / Dünya futbolu
21 yaşadək futbolçulardan ibarət milli komandamız AÇ-2023-ün seçmə mərhələsi çərçivəsində Estoniyaya qarşı 3:0 hesabı ilə qələbə qazandı.

Bu yığmamızın qrupdakı ilk qalibiyyətdi. Bildiyiniz kimi qələbənin əsas memarlarından biri Musa Qurbanlıdısa, digəri də Abdulla Xaybullayevdi. "Sabah"ın futbolçusu qarşılaşmada 1 qolla yadda qaldı. Buna görə də, gənc hücumçu ilə danışıb matç və uğurlu çıxışı barədə fikirlərinmək istədik. Xaybullayevin "Football-plus.az" saytına açıqlaması belə oldu:

"
Mən də daxil olmaqla, hər kəs millidə çıxış etmək istəyir. Dəvət edildiyimə görə sevinirəm. Milli komandada oynamaqdan qürur duyuram. Debüt matçında qol vurmaq və komandaya kömək etmək həmişə xoşdu. Amma ən əsası odu ki, bu görüşdə qalib gələn tərəf biz olduq".


SƏNƏM FƏRHADOVA