Bu, yığmanın qrupda ilk qələbəsi idi. Bildiyiniz kimi, qələbənin əsas memarlarından biri dubl edən Musa Qurbanlıdısa, digəri Abdulax Xaibulayevdi.
Etibarlı mənbədən redaksiyamıza daxil olan məlumata görə, AFFA U-21-in bütün futbolçularına 2000 manat mükafat verəcək. Xəbəri dəqiqləşdirmək üçün qurumun Mətbuat və İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəhbəri Firuz Abdullaya müraciət etdik:
"Rəsmi oyunlarda uğurlu nəticədən sonra əsas milli və U-21-in üzvlərinə mükafat verilməsi təəccüblü və birinci hal deyil. U-21-in son qələbəsi də istisna olmayacaq".
SƏNƏM FƏRHADOVA
