Milli komandaların mtçları ilə əlaqədar Premyer - Liqada yaranan fasilədən istifadə edən "Zirə" və "Qəbələ" bu gün hazırlıq oyununda qarşılaşıb.
"Football-plus.az" saytının məlumatına görə, "Tofiq Bəhramov" stadionunda baş tutan matçda bölgə təmsilçisi 2:1 hesablı qələbə qazanıb.
"Qartallar"ın heyətində Hamidu Keyta fərqlənib. "Qəbələ"nin qollarına isə İsnik Alimi və Rafael Alemao imza atıb.