Martın 29-da Maltada Azərbaycanla qarşılaşacaq Latviya millisi bu gün yoxlama görüşündə qüvvəsini sınayıb.
Latışlar Küveytlə üz-üzə gəlib. Görüşdə qalib müəyyənləşməyib. Qarşılaşma 1:1 hesabı ilə başa çatıb.
Matçın 13-cü dəqiqəsində Ahmad Al Defiri asiyalıları hesabda önə çıxarıb. Roberts Savalnieks 59-cu dəqiqədə hesabı bərabərləşdirib.
Qeyd edək ki, martın 29-da bu gün Azərbaycan millisinin rəqibi olan Malta Küvəytlə üz-üzə gələcək.