"Rəqibimizin Azərbaycan olmasından razıyam"

17.03.2022 19:30 723
Ölkə futbolu
Futbol üzrə Latviya komandasının baş məşqçisi Daynis Kazakeviç millimizə və Küveyt qarşı keçirəcəkləri yoldaşlıq oyunları haqda danışıb.

"Football-plus.az" saytının məlumaına görə, mütəxəssis Latviya Futbol federasiyasının rəsmi saytına açıqlamasında bu sözləri deyib:

"Qarşıdakı yoldaşlıq görüşlərində məqsəd Millətlər Liqasına mümkün qədər yaxşı hazırlaşmaqdı . Küveyt və Azərbaycanın rəqib seçilməsindən, həmçinin oyunların təqvimindən razıyam. Ötənilki üslubu nəzərə alsaq, performans və inkişaf üçün bu matçlar bizim üçün vacibdi".


Latviya yığması martın 25-də Küveytlə, 29-da isə Azərbaycanla qarşılaşacaq. Millimizin oyunu Maltada baş tutacaq.