Latviya millisinin baş məşqçisi Daynis Kazakeviçs bu gün Küveytlə 1:1 hesabı ilə heç-heçə etdikləri yoxlama görüşü haqda fikirlərini bildirib.
Təcrübəli mütəxəssis Maltada davam edən toplanışda qarşılaşacaqları Azərbaycanla görüş barədə də danışıb:
“Tipik mövsümöncəsi yoxlama oyunu idi. Belə matçlarda istək və emosiyalar məzmundan çox olur. Bu görüş bizim üçün faydalı oldu. Nəticəyə görə üzgünük. Daha yaxşı oynayırdıq. Əsas hədəfimiz iyundakı rəsmi matçlara daha yaxşı hazırlaşmaqdı. Həm Küveyt, həm Azərbaycanla oyunun əsas məqsədi budur. Bu gün rəqib iki qol imkanından birindən yararlandı. Bizdə daha çox epizod oldu”.
Qeyd edək ki, Azərbaycan – Latviya oyunu martın 29-da Ta Qalidəki Milli stadionda keçiriləcək.