• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Qəbələ”nin kapitanı yığmadan dəvət alsa, qəbul etməyəcək - MÜSAHİBƏ

Müsahibə

25-03-2022, 18:0

Yığma bu gün 2022-ci ildə ilk görüşünü keçirəcək - Maltada yerli komanda ilə qarşılaşacaq.

Martın 29-da isə Latviya ilə oynayacağıq. Canni de Byazinin bu matçlar üçün dəvət etdiyi futbolçular neçə gündü müzakirə mövzusudu. Bir çoxları siyahıda “Qəbələ”nin üzvlərinin azlığından şikayətçidi. 4-cü pillədə qərarlaşan komandadan yalnız Nicat Mehbalıyev Maltaya aparılıb. Əminliklə demək olar ki, Şahruddin Məhəmmədəliyevlə Emil Balayev zədəli olmasaydı, o da çağrılmayacaqdı. Halbuki Rövlan Muradov, Murad Musayev kimi futbolçulara yoxlama matçlarında şans vermək olardı. De Byazi “Qəbələ”nin üzvləri ilə bağlı suala qaneedici cavab verməyib. Bölgə klubunun baş məşqçisi Elmar Baxşıyev isə “Futbol+”ə açıqlamasında baş məşqçinin seçimini şərh etməyərək, futbolçularına daha çox çalışmağı məsləhət gördü. Bu səbəbdən də “qırmızı-qaralar”ın kapitanı Asif Məmmədovla əlaqə saxladıq.

- Yenə “Qəbələ”nin heyətindən, demək olar ki, heç kim yığmaya dəvət olunmayıb. Şahruddinlə Emin zəli olmasaydı, Nicat da millidən kənarda qalacaqdı. Komandanın kapitanı kimi bu seçimi necə dəyərləndirirsən?

- Əvvəlcə milli komandaya uğurlar arzulayıram. Ümid edirəm ki, yaxşı nəticə əldə edəcək. Baş məşqçinin qarşısına konkret hədəflər qoyulub. O da bu səbəbdən daha təcrübəli futbolçuları yığmaya dəvət edib. Onun seçimini anlamaq olar. Lakin bunlar yoxlama görüşləridi, gənc futbolçuları sınamaq olardı. Düşünürəm ki, bizim komandadan Rövlan Muradovla Murad Musayev yığmaya layiq idi. Onları belə matçlarda sınamaq olardı. Məqsəd İsayev də xeyir verə bilərdi. Premyer-liqada yaxşı oynayırıq, özümüzü yaxşı tərəfdən göstəririk deyə, belə demirəm. Sadəcə, ən azı Rövlan kimi gənc futbolçuları belə məqamlarda sınamaq mümkün idi. Muradın sənədində hansısa problem olub, bunu başa düşdük. Urfan Abbasov da zədədən yeni qayıdıb. Hardasa bu seçimi də anlamaq olar. Amma Rövlanla bağlı hər şey qaydasında idi. Ona belə matçlarda şans verib, gələcək üçün qazanmaq olardı. Milli komandanın heyətində futbolçular ikiqat motivasiya ilə mübarizə aparır. Gəncləri belə matçlarda yoxlayıb, potensialına daha çox bələd olmaq mümkündü.

- Deyirsən ki, Urfan Abbasov zədədən yeni qayıdıb. Axı son turda bir neçə dəqiqə oynayan Bədavi Hüseynov da yığmaya çağrılıb. Halbuki Urfan artıq 3 oyundu komandasına kömək olur. Onun yox, Bədəvinin yığmaya dəvət almasının səbəbi nədi?

- Vallah, mənə də maraqlıdı. Bədavi dostumdu, onunla əla münasibətimiz var, bir-birimizə hörmət edirik. Bunlar öz yerində. Amma belə bir şey də var. Bədavi uzun illər millidə yaxşı çıxış edən futbolçulardan olub. Vacib görüşlərdə meydana çıxıb. Ola bilər ki, baş məşqçi onun yoxluğunu hiss edib. Bəzən zədədən yeni qayıdan futbolçuları yenidən qazanmaq üçün dəvət edirlər. Yığmanın görüşlərinin vacibliyini oyunçu hiss edib, psixoloji cəhətdən toparlanır. Yəqin Canni de Byazi də bunu düşünüb. Yoxlama görüşlərində şans verməklə Bədavini psixoloji cəhətdən qazanamaq istəyir. Yoldaşlıq oyunları məhz belə problemləri aradan qaldırmaq üçündü. Mən şəxsən belə düşünürəm. Bundan başqa, Bədavi milli üçün hazırda faydalı olacaq futbolçulardandı. Onun yoxluğu həqiqətən hiss olunur.

- Milliyə gənclərin dəvət almasının daha yaxşı olacağını söylədin. Amma Riçard Almeyda, Dmitri Nazarov kimi yaşlı futbolçular da çağrılıb. Sən də, demək olar ki, onlarla eyni nəslin nümayəndəsisən, hazırda çempionatda 4-cü pillədə qərarlaşan “Qəbələ”nin kapitanısan, bu mövsüm də yetərincə yaxşı oyun sərgiləmisən. De Byazi təcrübəndən yararlana bilməzdi?

- Məni yığmaya çağırsaydılar da, qəbul etməzdim. Təkliflərinə görə təşəkkür edib, başqa oyunçunu dəvət etmələrini istərdim. Çünki artıq yaşım keçib. Milliyə o qədər də fayda verə bilmərəm. Yenə deyirəm, yığmaya gənc futbolçular çağrılmalıdı. Əslində qayda başqadı. Bir nəsil nəticə verə bilmirsə, onu əvəz etmək lazımdı. Əvvəlkilər Millətlər Liqasında, dünya çempionatının seçmə mərhələsində nəticə qazana bilmədilər. Demirəm ki, bütün futbolçuları, ümumiyyətlə, çağırmamaq lazımdı. Yaşlaşmış, yığmaya faydası olmayanların yerinə gənclər gəlməlidi. U-21-də nə qədər istedadlı futbolçu var. Onlardan yararlanmaq olar. Təcrübəni Malta, Latviya kimi ölkələrlə oyunlarda yığacaqlar. Elə U-19-dan da uşaqları cəlb etmək olar. Onlar məsuliyyəti başa düşməlidi. İndi oynamasalar, həyəcanı üzərlərindən atmasalar, rəsmi matçlarda özlərini necə göstərəcəklər? Həqiqətən Azərbaycanda gənc, istedadlı futbolçular var. Nəticəni düşünməyib onları inkişaf etdirsək, gələcəyimiz yaxşı ola bilər. Bu səbəbdən də milliyə məni dəvət etsəydilər, qəbul etməzdim ki, cavanların yolu açılsın.

- Səncə, millimiz Malta və Latviya ilə oyunlarda qələbə qazana biləcək?

- Bu onların vəzifə borcudu. Malta və Latviyanı uda bilməsək, kimə qalib gələcəyik?! Düzdü, futbol qəribəliklərlə doludu. Hər an hər şey baş verə bilər. Amma müqayisə edəndə Azərbaycan futbolu Malta və Latviyadan qat-qat üstündü. Klublarımız illərdi avrokubokların qrup mərhələsində çıxış edir. Çempionatımızda komanda sayı az olsa da, onlarınkından daha səviyyəlidi. Ölkə xaricində, güclü liqalarda çıxış edən futbolçularımız var. Malta və Latviya millilərinin heyətində o qədər də güclü oyunçular yoxdu. Bunların hamısını nəzərə alanda yığmamızın onları rahat məğlub edəcəyini düşünürəm. De Byazi də həqiqətən yaxşı futbolçular dəvət edib. Hazırkı millinin heyətinə baxanda kifayət qədər təcrübəli və istedadlı oyunçuların olduğunu görürük. Bu səbəbdən də hazırlıq xarakterli yoldaşlıq oyunları olsa da, qələbə qazanmalı olduğumuzu düşünürəm. Yəqin De Byazi də Millətlər Liqasından öncə qələbələrin komandaya motivasiya verəcəyini düşünüb, futbolçulardan hər iki oyunda qalib gəlmələrini tələb edəcək.

- AFFA rəhbərliyinin Canni de Byazinin qarşısına konkret tələb qoyduğunu dedin. Yəqin hədəf Millətlər Liqasında uğur qazanmaqdı. Yığma bu turnirdə növbəti mərhələyə vəsiqə qazana biləcək?

- Bəli, düşünürəm ki, bu dəfə nəsə alınacaq. Çünki baş məşqçi yoxlama oyunlarına təcrübəli futbolçuları dəvət edir. Bu da sırf nəticəyə köklənən strategiyadı. İndidən özü üçün komanda formalaşdırır. Əlində olan bütün təcrübəlilərdən istifadə edərək Millət Liqasında birinci pilləni tutmaq istəyir. Fikrimcə, futbolçular özlərinə inansalar, bunu bacaracaqlar.

- Slovakiya kimi komandanın olduğu qrupu lider bitərə bilərik?

- Çətindi, amma mümkünsüz deyil. Mən də rəqiblərin gücünü bilirəm. Amma nəsə ürəyimdə bir hiss var ki, bacaracaqlar. Yüz faiz əmin deyiləm. Amma bunun üçün hər cür şərait var. Yenə deyirəm, futbolçular da yetərincə təcrübəlidi. Əksəriyyəti avrokuboklarda, xarici klublarda çıxış edir. Əmin olmasam da, qəlbimdə yığmamızın bu dəfə bacaracağını düşünürəm.

İLKİN SULTANLI

Paylaş:
Digər xəbərlər

Aktual / Manşet

22-03-2022, 19:0

Elmar Baxşıyev milliyə çağırılmayan futbolçularına bunu məsləhət gördü - AÇIQLAMA

Ölkə futbolu / Manşet

2-06-2022, 20:0

“Şans həmişə var" - AÇIQLAMA

Ölkə futbolu

30-05-2022, 20:0

“Komandamızda millidə çıxış etməyə layiq futbolçular var” - ÖZƏL AÇIQLAMA

Ölkə futbolu

20-03-2022, 13:0

Millinin heyəti açıqlandı

Aktual
"Burda əsl ailə ab-havası hökm sürür" - Emil Balayev
DÇ-2026-ya yollanacaq futbolçu "Qarabağ"da!
“Yeni baş məşqçimiz yaxın günlərdə açıqlanacaq” - “Şəfa”dan cavab
Ramil Şeydayevin növbəti dayanacağı hara olacaq?
AFFA “Turan Tovuz”a məsləhət verdi – “CAS-a şikayət edin”
"Turan Tovuz" məhkəmədən qalib ayrılacaq" - "Ultras Turan"ın rəhbəri günahkarlara səsləndi
Son xəbərlər
  • Bu gün, 10:00
    Vlahoviç hara gedir?
  • Dünən, 23:58
    Minifutbol millimiz ikinci dəfə Avropa çempionu oldu!
  • Dünən, 23:30
    "Rəqibin harda boşluqlar verdiyini bilirik" - Siyasət Əsgərov
  • Dünən, 22:58
    Azarkeşlərin tənqidinə məruz qaldı
  • Dünən, 22:28
    "Burda əsl ailə ab-havası hökm sürür" - Emil Balayev
  • Dünən, 21:57
    Onun yolu Madridədi?
  • Dünən, 21:26
    "Hər iki görüşdə qələbə qazanmaq niyyətindəyik" - Ayxan Abbasov
  • Dünən, 20:55
    Milli komandada yeni təyinat
  • Dünən, 20:24
    Yeni kapitan oldu
  • Dünən, 19:53
    Romadan Milana üz tuta bilər
  • Dünən, 19:22
    “Ayın qolu” layihəsində qaliblər açıqlandı
  • Dünən, 18:47
    DÇ-2026-ya yollanacaq futbolçu "Qarabağ"da!
  • Dünən, 18:20
    Tellur daha iki il "Sabah"da
  • Dünən, 17:50
    "Karvan-Yevlax" Mateusla vidalaşdı
  • Dünən, 17:29
    Messi ilə birgə oynayacaq
  • Dünən, 16:58
    Mövsümün ən yaxşı futbolçusu seçildi
  • Dünən, 16:27
    "Qəbələ" Murad Musayevlə vidalaşdı
  • Dünən, 15:56
    “Şəfa” Avropa Futbol Klubları təşkilatına üzv oldu
  • Dünən, 15:26
    "Sabah" Amin Seydiyevlə yollarını ayırdı
  • Dünən, 14:55
    ''Beşiktaş'' italiyalı məşqçi ilə anlaşa bilər
  • Dünən, 14:24
    ''Trabzonspor'' Onananın daha bir il qalmasını istəyir
  • Dünən, 13:53
    Karrikin aqibəti müəyyənləşdi
  • Dünən, 13:22
    Sterlinq nəyə görə saxlanılıb?
  • Dünən, 12:51
    "Karvan-Yevlax"dan ayrıldı, İsrail klubuna keçdi
  • Dünən, 12:20
    Montella bu sistemin Türkiyə üçün ən optimal variant olduğunu düşünür - ''Bunun ən gözəl örnəyi PSJ-di''
  • Dünən, 11:59
    Belə bölgə futbolu kimə lazımdı?
  • Dünən, 11:41
    "Şamaxı" da növbəti ayrılıq - Enrike də getdi
  • Dünən, 11:20
    “Yeni baş məşqçimiz yaxın günlərdə açıqlanacaq” - “Şəfa”dan cavab
  • Dünən, 10:59
    Millimiz final oyununa çıxır - AÇ
  • Dünən, 10:28
    ''Qalatasaray''ın Türkiyə yığmasının üzvü üçün təklif etdiyi məbləğ bəlli oldu
  • Dünən, 09:57
    Addai "Qarabağ"la vidalaşdı
  • 3-06-2026, 23:0
    Keyn ilə Olise Münheni tərk edəcəklər?
  • 3-06-2026, 23:0
    A seriyasında istefa
  • 3-06-2026, 22:0
    "Qarabağ"ın U-14 komandası beynəlxalq turnirdə iştirak edəcək
  • 3-06-2026, 22:0
    "Şahdağ Qusar"ın idman direktoru müəyyənləşdi
Daha çox
Oxunub: 409
Qurban Qurbanov Addainin əl-qolunu bağlamasaydı...
Oxunub: 220
Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
Oxunub: 211
“Sxadadzenin müqaviləsinə xitam verilməsi gözlənilmir” – Səbuhi Səfiyarlı
Oxunub: 207
“Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm” – “Neftçi” nə edir?
Oxunub: 169
“Əlbəttə, bu qərar bizi məyus etdi” – Tovuzdan reaksiya
Oxunub: 164
"Araz-Naxçıvan"ın yeni baş məşqçisi Cavid Hüseynovdu? - özü danışdı!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə