Utandılar və Maltadan birbaşa İtaliyaya getdilər - ÖZƏL AÇIQLAMA

3.04.2022 15:55 873
Ölkə futbolu / Manşet
Yığmanın martın sonlarında təşkil olunan Malta toplanışı “qara həftə” kimi ölkə futbolunun tarixinə yazıldı.

Bildiyiniz kimi, Canni De Byazinin çalışdırdığı komanda ada dövlətdə toplanış çərçivəsində iki yoxlama oyunu keçirmiş və hər ikisində məğlub olmuşdu. Milli həm Maltaya, həm də Latviyaya 0:1 hesabı ilə yenilmişdi ki, buna görə istər baş məşqçi, istərsə də futbolçular ictimaiyyət tərəfindən çox qınanırlar.

Milliyə dəvət olunan futbolçular artıq klublarının düşərgələrindədilər. Ancaq italyan mütəxəssisi Bakıda görən olmayıb. De Byazi hardadı? Bəlkə uğursuz nəticələrdən sonra cəmiyyət arasına çıxmağa utanır? Bu suala cavab tapmaq üçün AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdullanı aradıq. Departament rəhbəri “Football-plus.az” saytına açıqlamasında baş məşqçinin milli ilə Bakıya dönmədiyini bildirdi:

“Toplanışından sonra Canni De Byazi və onun italyan köməkçiləri yığma ilə Azərbaycana qayıtmadılar. Onlar Maltadan İtaliyaya yollandılar”.


“Onlar Bakıya nə vaxt qayıdacaqlar” sualına isə Firuz bəyin cavabı belə oldu:

“Böyük ehtimalla, italyan məşqçi və yardımçıları paytaxta aprelin ortalarında gələcəklər”.


RƏŞAD