"Neftçi" və "Zirə" arasında keçiriləcək 3-cü və 4-cü dövrə oyunlarının yeri dəyişdirilib.
"Bakcell Arena"da planlaşdırılan renovasiya işlərini əsas gətirən flaqman bu xahişlə PFL-ə müraciət edib.
Stadionda aparılacaq işləri, "ağ-qaralar"ın müraciətini və "qartallar"ın razılıq məktubunu rəhbər tutan qurum "Neftçi" və "Zirə" komandaları arasında keçiriləcək 3-cü və 4-cü dövrə oyunlarının yerini dəyişib.
Beləliklə, derbi aprelin 2-də keçiriləcək. 4-cü dövrənin oyununda isə "Neftçi" rəqibi ilə səfərdə qarşılaşacaq.
Qeyd edək ki, bu xəbəri "Futbol+" qəzeti 2 həftə öncədən yazmışdı.